Yuxarı

Millət vəkili: "İrəvan bunlara məhəl qoymur"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili: "İrəvan bunlara məhəl qoymur"

Milli Məclisin deputatı Qənirə Paşayeva Beynəlxalq Qadın Konfransı çərçivəsində bir sıra Avropa və ərəb ölkələri televiziya kanallarına, qəzet və xəbər agentliklərinə müsahibəsində Azərbaycan həqiqətləri, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri barədə danışıb.

Axar.az xəbər verir ki, millət vəkili qeyd edib: "Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal edilib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır öz yurd-yuvasına dönə bilmir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məlumat verən deputat vurğulayıb ki, rəsmi İrəvan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur".

Milli Məclisin deputatı Azərbaycanın iqtisadi inkişafı, turizm potensialı, zəngin mədəniyyəti, ölkəmizdəki multikultural və tolerant mühitdən, qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlərdən də söhbət açıb. O, jurnalistlərə Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən materiallar, ingiliscə sənədli filmlərin olduğu "Azərbaycan həqiqətləri" filmləri kataloqunu hədiyyə edib.

Q.Paşayeva tədbir çərçivəsində "Blumberq Nyus"un redaktoru Lisa Kassenaar ilə də görüşüb.

Tarix
2016.07.08 / 19:50
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla