Yuxarı

İŞİD-in növbəti hədəfi ruslardır – Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD-in növbəti hədəfi ruslardır – Politoloq

İŞİD qəddar olduğu qədər hiyləgər təşkilatdır, planlaşdırma işini yüksək səviyyədə qurur.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi Rusiyanın vətəndaşlarına yenidən Türkiyədə dincəlmələrinə yaşıl işıq yandırmasının bəzi məqamlarını qeyd edib:

"Moskvanın Ankaradan əsas şərti Rusiya vətəndaşlarının təhlükəsizliyini qorumaqdır. Ankara Moskvaya təhlükəsizlik vədi verib. Ancaq milyonlarla turistin təhlükəsizliyini qorumaq asan məsələ deyil. İŞİD Rusiya-Türkiyə barışığından narahatdır və bilir ki, yeni ittifaq ona qarşı çevrilə bilər. Ona görə də İŞİD-in Türkiyədə rus turistləri hədəf alması ehtimalı yüksəkdir. Məsələn, təşkilat Misirdə ruslarla dolu təyyarəni patlatdı və rusların Misir kurortlarına axını dayandı. İŞİD eyni ssenarini Türkiyədə təkrarlamaq istəyəcək. Əlbəttə, terrordan heç bir ölkə sığortalanmayıb. Ancaq Türkiyə indiki ağır geosiyasi vəziyyətdə təhlükəsizlik tədbirlərini həmişəkindən dəfələrlə artırmaq məcburiyyətindədir".

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin Türkiyəyə qarşı tətbiq edilən iqtisadi sanksiyaları ləğv edib. Bundan sonra Baş nazir Dmitri Medvedyev Türkiyəyə çarter uçuşlarının bərpası ilə bağlı təkliflərin ən qısa müddətdə hökumətə təqdim edilməsi üçün təlimat verib.

Tarix
2016.07.09 / 14:44
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla