Yuxarı

"Gülənin ekstradisiyası üçün hər şeyi edəcəyik"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Gülənin ekstradisiyası üçün hər şeyi edəcəyik"

Türkiyə dövlət çevrilişi cəhdlərinin təşkilatçısı hesab etdiyi Fətullah Gülənin ABŞ-dan ekstradisiyası üçün mümkün olan hər şeyi edəcək.

Bunu Trend-ə Türkiyə Prezidenti Administrasiyasından deyiblər.

Administrasiyadan qeyd ediblər ki, çevriliş cəhdi Türkiyənin terror hücumları təhlükəsi qarşısında olduğunu göstərir: "İndiyədək Gülən hərəkatına qarşı mübarizə Türkiyənin əsas prioritetlərindən biri olaraq qalır".

PA-dan bildiriblər ki, əgər ABŞ Türkiyənin strateji tərəfdaşıdırsa, o zaman F.Güləni Türkiyəyə ekstradisiya etməlidir: "Türkiyə ABŞ-ın tələbi ilə dəfələrlə terrorçuları Birləşmiş Ştatlara qaytarıb. ABŞ bu məqamı nəzərə almalıdır. Bundan başqa, ABŞ və Türkiyə arasında 1979-cu ilin iyun ayında imzalanmış və 1981-ci ildə qüvvəyə minmiş ekstradisiya üzrə saziş mövcuddur".

Administrasiyadan deyiblər ki, F.Gülənin ekstradisiyası Türkiyə xalqının maraqlarına düşmən kəsilmiş terror təşkilatını zəiflədəcək: "Dövlət çevrilişinə cəhd Türkiyə dövlətinə və xalqına xəyanətdir. Hərbi texnikanın gücü xalqın iradəsini sındıra bilmədi".

Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd olub.

Tarix
2016.07.19 / 19:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla