Yuxarı

Gürcüstanda iğtişaşlar: nə baş verir və nələr ola bilər?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanda iğtişaşlar: nə baş verir və nələr ola bilər?

Gürcüstanda hakim partiya böyük üstünlüklə bələdiyyə seçkilərində qalib oldu. Seçkiləri boykot edən siyasi partiyalar isə küçəyə çıxıb deyirlər ki, nəticələri tanımırıq. Absurddur, iştirak elə, mücadilə ver, sonra tanı, ya tanıma – boykot etmisənsə, nəyi tanımırsan?! Sorursan ki, seçkilərdə saxtakarlıq faktları varmı – cavab verə bilmirlər, deyirlər ki, olub-olmamasının bir önəmi yoxdur, biz sadəcə “oynamırıq”, tanımırıq seçkiləri, vəssalam.

Axar.az xəbər verir ki, bu sözləri ReAL sədri Natiq Cəfərli ötən gün Gürcüstanda baş tutan bələdiyyə seçkilərinin dərhal ardından yaşanan iğtişaşlar haqda qeyd edib.

O xatırladıb ki, son parlament seçkilərində müxalifət partiyaları 150 deputat yeri olan parlamentdə 61 yer, mandat qazanmışdı:

“Seçkidən sonra yenə absurdcasına nəticələri tanımayıb parlamentin işini boykot etdilər, küçədən hakimiyyətə gəlməyə çalışdılar, o da fiasko ilə nəticələndi. Siyasətdə boykot kimi mənasız və nəticəsi olmayan ikinci bir yanaşma yoxdur, ola da bilməz. Ancaq siyasi bisavadlar eyni (boykot) hərəkətdən fərqli nəticələr (hakimiyyət üçün legitimlik problemi) gözləyə bilərlər.

Təsəvvür edin ki, 61 yer qazanan müxalifət parlamentdə fraksiya quraraq xalqın gözləntilərinə uyğun çoxsaylı qanun layihələri təklif edir, səsverməyə çıxardır, iqtidar partiyası isə hər dəfə əlehinə səs verir – sizcə, xalq o zaman hökumətə dəstəkdən tam əl çəkməzdimi?! Xalq arasında müxalifətin daha çox tərəfdarı olmazdımı?!

Keçən il parlament seçkilərindən sonra da dəfələrlə publik çıxışlarımda demişdim ki, küçə yolu ilə müxalifət heç nəyə nail ola bilməyəcək, etirazlar sönəcək, indi etirazların səviyyəsi daha azdır, bu, heç 1 həftə də sürməz, bitəcək, sonra Gürcüstanda 4 il seçki yoxdur, müxalifət nə edəcək bəs?!

Müxalifət partiyalarının planı-proqramı yoxdur, tutdurublar ki, Gürcüstan hökuməti, iqtidarı ruspərəstdir, Gürcü Arzusu ölkəni AB üzvlüyündən uzaqlaşdırır. Müxalifyönümlü gürcü ictimai-siyasi xadimlərə dəfələrlə sual vermişəm – yaxşı, cəmi 5 arqument gətirə bilərsinizmi ki, indiki Gürcüstan hökuməti ruspərəstdir?! İnandırım sizi, 1 arqument belə gətirə bilmirlər, eyni sualı bizim bəzi siyasətçilərə və bəzi siyasi şərhçilərə də verirəm, arqumentlərlə sübut etsinlər ki, indiki Gürcüstan hökuməti rusyönümlüdür.

Rəsmi Tiflisin Rusiya ilə diplomatik münasibətlər yoxdur, Gürcüstan nə MDB-də, nə də Rusiyanın başında olduğu digər qurumlarda təmsil olunur, Gürcüstanın bütün rəsmi sənədlərində Rusiya işğalçı adlandırılır, Gürcüstan torpaqlarının 20%-nin Rusiya tərəfindən işğal olunduğu yazılıb.

Ticarət dövriyyəsini deyirlərsə, Cənubi Qafqazda Rusiya ilə ən kiçik ticarət dövriyyəsi olan ölkə Gürcüstandır. 2024-cü ildə Gürcüstanla Rusiya arasında ticarət dövriyyəsi 2,4 mlrd. dollar olub, Ermənistanla bu rəqəm 11,7 mlrd. dollar, Azərbaycanla 4,8 mlrd. dollardır.

Gürcüstanın bir nömrəli ticarət tərəfdaşı Türkiyədir, keçən il qarşılıqlı ticarət dövriyyəsi 3 mlrd. dollara yaxın olub, Türkiyə Gürcüstanda ən böyük investordur, Gürcüstanda qeydiyyatdan keçən 10200 xarici şirkətin 25%-i Türkiyə şirkətidir, Gürcüstanın Acarıstan bölgəsində isə bu rəqəm 81%-dir. Bəlkə Gürcüstanın “türkiyəpərəst” olması həm Avropada, həm də bizdə bəzi qüvvələrin xoşuna gəlmir?!

Çox qəribədir ki, həm Avropada, həm də bizdə Gürcüstanı “ruspərəst” adlandıran eyni insanlar Ermənistana qərbyönümlü deyirlər – Ermənistan Rusiyanın başında durduğu MDB, KTMT, Avrasiya İttifaqı, Gömrük İttifaqı kimi qurumların üzvüdür, Ermənistanda Rusiyanın hərbi bazası var, sərhədlərini Rusiya qoruyur, Rusiya ilə ticarət dövriyyələri Gürcüstanın Rusiya ilə ticarət dövriyyəsi ilə müqaisədə 5,5 dəfə çoxdur, amma, nə hikmətdirsə, eyni insanlar Ermənistanı qərbpərəst, Gürcüstanı isə ruspərəst adlandırırlar.

Gürcüstan Azərbayanın müttəfiqidir, dost ölkədir, bizim məmləkətin iqtisadi davamı, Türkiyəyə, Avropaya körpümüzdür. Gürcüstanın siyasi və iqtisadi uğurları bizim üçün də önəmlidir. Qonşumuza, dost ölkəyə uğurlar!”

Tarix
2025.10.05 / 12:01
Müəllif
Axar.az
Digər xəbərlər

Qarakənd faciəsindən 34 il ötür

Ağdamın azad olunmasından 5 il ötür

Əliyevin Daşkəndə səfərindən eksklüziv görüntülər - Video

Əliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - Foto

Səhv məlumata görə iki nəfəri öldürdüm - Qətlin təfərrüatı

Heydər Əliyevin tərcüməçisi buna görə qovulubmuş

Füzuli sakinləri Berdiməhəmmədova məktub ünvanladı

Banqkoka uçan təyyarə Bakıda məcburi eniş etdi

Leyla Əliyeva Beynəlxalq STEAM festivalında

Keniya prezidenti azərbaycanlı naziri qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla