Yuxarı

Politoloq İrəvanı ifşa etdi: Gümrüdəki rus əsgəri...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Politoloq İrəvanı ifşa etdi: Gümrüdəki rus əsgəri...

Sərkisyan müəyyən millətçi, xüsusilə, Dağlıq Qarabağdan olan qruplaşmalar vasitəsilə ölkədəki ümummilli etirazın silahlı üsyanla nəticələnəyi haqda səfeh təəssüratlar yaratmaq istəyir.

Bu barədə Axar.az-a Ermənistandakı hadisələrə münasibət bildirən politoloq Qabil Hüseynli danışıb. Sabiq dövlət müşaviri bildirib ki, belə kiçik proseslər Qarabağ prosesinə kölgə sala bilməyəcək:

"Sərkisyan Rusiyaya nümayiş etdirir ki, Moskva İrəvana təslimçi sülhü sırıya bilməyəcək və Ermənistan istədiyi vaxt ölkədə siyasi istiqaməti dəyişə bilər. Ermənistanda baş verənlər nəinki qurama, bəlli ssenarilər üzrə işləyir. İrəvanda ümummilli hərəkatın başlaması üçün ilk növbədə Qarabağ klanı devrilməlidir. Buna qədərki cəhdlər isə uğursuzluqla nəticələnib. Ermənistandakı "olaylar" boş hay-küylərdən başqa bir şey deyil. Əks təqdirdə rus əsgəri ermənilərin müqavimətini dəf etmək üçün hər an əmrə hazır dayanıb".

Politoloqun sözlərinə görə, İrəvanın əsas qorxusu Moskvanın Bakı ilə yaxınlaşmasıdır:

"Ancaq Moskvanın maraqlarında, hələ ki, Qarabağla bağlı Azərbaycana hər hansı güzəştlərin edilməsi özünü büruzə vermir".

Q.Hüseynli eyni zamanda, İrəvan və Moskva arasında vahid hərbi birlik məsələsini də şərh edib:

"Rusiya ordusunun Baş Operativ və Taktiki İdarəsinin nümayəndə heyəti Ermənistana əbəs yerə səfər etmir. Çox güman ki, Rusiya Ermənistana yeni silahların verilməsini və bu ölkənin ordusunun təlimlərinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılacaq. Beləliklə, böyük qardaş kiçik qardaşına müəyyən yollar göstərəcək" .

Tarix
2016.07.21 / 09:10
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla