Yuxarı

İlk dəqiqələrdən Türkiyənin yanındaydıq – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlk dəqiqələrdən Türkiyənin yanındaydıq – Millət vəkili

Türkiyədəki hərbi çevriliş cəhdini, yaşanan dəhşətli hadisələri kəskin pisləyirik və hər zaman qardaş Türkiyənin yanındayıq.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Şimali Kiprdə keçirdiyi görüşlər zamanı deyib.

Millət vəkili tədbirlərdə iştirak etmək üçün bu gün Lefkoşaya gedib və Türkiyənin bir sıra vilayətlərində şəhid ailələri və qazilər cəmiyyətinin rəhbərləri ilə görüşüb.

"Türkiyənin şəhidi Azərbaycanın, Azərbaycanın şəhidi isə Türkiyənin şəhididir. Azərbaycan, Prezident İlham Əliyev və xalqımız hərbi çevriliş cəhdi ilə bağlı məlumatların yayıldığı ilk dəqiqələrdən Türkiyənin yanındadır. Türkiyəni zəiflətməyə yönələn hər bir addım Azərbaycana qarşı da yönəlib və biz çeviliş cəhdlərinə, terrora qarşı mübarizədə qardaşımızın yanındayıq. Azərbaycan və Türkiyə hər zaman birlikdə güclü olacaq. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı soyqırımı nəticəsində 20 mindən artıq şəhid vermişik. İşğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndiririk. Prezident İlham Əliyevin Türkiyəyə son səfəri, orada verdiyi açıqlamalar əsil qardaşlığın necə olduğunu hər kəsə göstərdi, dosta, düşmənə da çox önəmli mesaj oldu", - Q.Paşayeva deyib.

Millət vəkili, eyni zamanda, Şimali Kiprin Baş naziri Hüseyn Özgürgün və spiker Sibel Siberlə də görüşüb.

Tarix
2016.07.21 / 10:41
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla