Yuxarı

Dələduz "universitet müəllimi" iş başında tutuldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqla məşğul olan şəxs cinayət başında yaxalanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Özünü Bakı Slavyan Universitetinin müəllimi kimi təqdim edən Şəlalə Hüseynovanın Bakı şəhər sakinindən ona ali təhsil haqqında diplom təşkil edəcəyi adı ilə 8.0 min manat pul tələb edərək həmin məbləğin 3.700 manatını alıb, sonradan qalan 4.300 manatını alarkən cinayət başında yaxalanmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış əməliyyat tədbirləri zamanı Ş.Hüseynovanın yaşadığı mənzildən müxtəlif vətəndaşlara aid şəxsiyyət vəsiqələrinin surətləri, pasportlar, diplomlar, attestatlar, müvəffəqiyyət kitabçaları, hərbi biletlərin surətləri və istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülüb.

Ş.Hüseynova Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək himayəsində iki azyaşlı övladının olması nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Hazırda Ş.Hüseynova tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2014.02.27 / 19:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla