Yuxarı

Putin Əliyevin bu yanaşmasını qiymətləndirməyi bacardı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Əliyevin bu yanaşmasını qiymətləndirməyi bacardı

İnanırdım ki, prezidentlər görüşüb yaranmış gərginliyi aradan qaldıra bilər. Azərbaycan həmişə Rusiya ilə qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olub. Yaranmış gərginlik Rusiyanın AZAL-ın sərnişin təyyarəsinin Rusiyanın hava məkanında vurulmasından sonra sərgilədiyi anlaşılmaz və qəbul edilməsi mümkün olmayan mövqeyinə görə idi. Azərbaycan Respublikası Prezidentinin baş verənlərə adekvat və prinsipial, amma təmkinli yanaşması münasibətlərin tamamilə geridönməz formada korlanmasının qarşısını aldı. Hansı ki, çoxları bunu arzu edirdi. Rusiya Azərbaycanın bu mövqeyini qiymətləndirməyi bacardı və atmalı olduğu addımı atdı.

Axar.az xəbər verir ki, bu sözləri ƏHD sədri, millət vəkili Qüdrət Həsənquliyev ötən gün Düşənbədə İlham Əliyev və Vladimir Putin arasında baş tutan görüş haqda mediaya müsahibəsində bildirib.

O vurğulayıb ki, Azərbaycanın və Rusiyanın strateji maraqları dost və müttəfiq olmağı tələb edir:

“İlham Əliyev azərbaycanlıların və dövlətin maraqlarını uzlaşdırmağı bacardı. Dünənki görüş məhz bu səbəbdən xalqımız tərəfindən böyük diplomatik uğur kimi qəbul olundu”.

Tarix
2025.10.10 / 12:26
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla