Yuxarı

Zakir Həsənov NATO-nun iclasında - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov NATO-nun iclasında - Foto

Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin müdafiə nazirlərinin Brüsseldə, NATO-nun mənzil-qərargahında keçirilən iclasında iştirak edib.

İclasda ISAF əməliyyatının cari vəziyyəti, keçid prosesi və təhlükəsizliyin Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinə verilməsi istiqamətində irəliləyişlər, Əfqanıstandakı cari siyasi durum, NATO-nun bu ölkədəki 2014-cü ildən sonrakı yeni missiyası (Qətiyyətli Dəstək) və onun başlaması üçün lazımi olan hüquqi çərçivənin son vəziyyəti müzakirə olunub.

Tədbirdə çıxış edən Azərbaycanın müdafiə naziri ölkəmizin Əfqanıstana cari dəstəyini qeyd edib və NATO-nun 2014-cü ildən sonrakı Qətiyyətli Dəstək missiyasına töhfə verməyə davam edəcəyini bir daha təsdiq edib.
Brüsselə səfəri çərçivəsində general-polkovnik Z.Həsənov Gürcüstanın müdafiə naziri İrakli Alasaniya, Latviyanın müdafiə naziri Raymonds Vejonis və NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı dörd ulduzlu general Filip Bridlav ilə görüşüb və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb. (Trend)

Tarix
2014.02.27 / 20:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla