Yuxarı

Azərbaycan və Rusiya regionun aparıcı ölkələridir - İran

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan və Rusiya regionun aparıcı ölkələridir - İran

Qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün üçtərəfli görüş vacib platformadır. Məsələlərin müzakirəsi və əldə olunan nəticələr tərəflər üçün səmərəlidir.

Axar.az xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai Tehranda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İran, Azərbaycan və Rusiya regionun aparıcı dövlətləridir:

“Bu dövlətlər arasındakı iqtisadi əlaqələrin inkişafı nəqliyyat və tranzit sahəsinin də inkişafına təsir göstərir. Bakı şəhərində baş tutmuş İran, Azərbaycan və Rusiya arasında üçtərəfli görüş regionda koordinasiya üçün əhəmiyyətli mexanizmdir. Bu format iqtisadiyyat, ticarət və təhlükəsizlik sahələrində mövqelərin yaxınlaşdırılmasına xidmət edir. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi dövlətlərin iqtisadi inkişafı ilə yanaşı xalqların daha da yaxınlaşmasını təmin edir ki, bu da hər üç dövlətin milli maraqlarına xidmət edən amildir. İran dəhlizin fəaliyyətinin artırılması istiqamətində qonşuları ilə daha yaxın əməkdaşlığa hazırdır”.

Tarix
2025.10.13 / 21:21
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Qrono ilə görüşdü: Sülh prosesi...

Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı

“Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan

Bayramovla bu məsələni 2 saata yaxın müzakirə etmişik...

ABŞ Azərbaycan vətəndaşları üçün bu vizanı dayandırır

Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan

Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan

Deqati Makrona məktub yazdı: Vətənimdə qətliamdır!

Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama

Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla