Yuxarı

Zəngəzurda müharibə üçün hərəkətə keçdilər - Akopyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəngəzurda müharibə üçün hərəkətə keçdilər - Akopyan

Bu gün Ermənistanda Rusiya ilə bağlı iki fikir hakimdir.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni jurnalist Tatul Akopyan qeyd edib.

“Birincisi, Rusiya artıq Cənubi Qafqazdan əlini çəkib və bir daha qayıtmayacaq, ya da qayıtmağa qadir deyil.

İkincisi, 2020-ci il, 9 noyabra dönmək üçün hər şeyi etməliyik. Daha doğrusu, “Zəngəzur dəhlizini ABŞ Prezidenti Donald Trampdan alıb Moskvaya verməliyik”. Amma regionumuzda Rusiyanın aktivliyinin azalması ilə bağlı xəbərlər şişirdilib və reallığa uyğun deyil.

Cənubi Qafqazda (Abxaziya, Cənubi Osetiya və Ermənistan) hələ də rus qoşunları mövcuddur. 100 il əvvəl də Çar Rusiyasının regiondan çəkilməsi istiqamətində eyni düşüncə var idi. Bir neçə ay sonra onlar “bolşevik” adı ilə döndü və Cənubi Qafqazı “uddu”, – T.Akopyan vurğulayıb.

Jurnalist bildirib ki, hazırda bəzi gizli rusiyayönlü qüvvələr Vaşinqtonun ilkin razılaşmalarını pozmaq üçün çalışırlar:

“Onlar Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın imzaladığı bəyanatı “təslim aktı” adlandırırdılar.

Ən azı iki şeyi xatırlamaq lazımdır:

Birincisi, Tramp–Əliyev–Paşinyan razılaşmaları iflasa uğrayarsa, bu, daha pis nəticələnəcək;

İkincisi, Vaşinqton razılaşmalarının yarımçıq qalması (Zəngəzurda) yeni müharibənin qapısını açacaq”.

Tarix
2025.10.14 / 10:03
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanda mitinqdə azərbaycanca səs yazısı - Video

İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk

Bu türk ölkəsi ilə hərbi əməkdaşlıq müzakirə edildi - MN

Argentina səfiri ADU-nun qonağı oldu

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Nazirlər Kabinetindən mühüm qərar

Saakaşvilidən ermənilərə müraciət: Ona səs verin!

AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

Deputat Bakı Enerji Həftəsinin əhəmiyyətindən danışdı

Türkiyədə ermənilərlə görüş: Bakı ilə münasibətləri sarsıtmaq...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla