Yuxarı

Ərdoğandan istefa açıqlaması

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğandan istefa açıqlaması

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın istefaya göndəriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Axar.az xəbər verir ki, "Frans 24" telekanalına müsahibə verən prezident hələlik belə bir qəqrar verilmədiyini deyib:

"Hazırda MİT rəhbəri, baş qərargah və yaxud digər komandanlarla əlaqədar qərar verməmişik. Qərar verməli olsaq, hörmətli baş nazirlə birlikdə oturub müzakirə edər, ondan sonra qərar verərik. Hazırda keçid prosesindəyik. Bizdə bir söz var, dərəni keçərkən, at dəyişdirməzlər. Ona görə də hələlik yoldaşlarla işimizi davam etdiririk. Bunu açıq deyirəm, kəşfiyyatda zəiflik var. Xatırlayın, ABŞ-dakı Əkiz qüllələr vurulanda heç kim kəşfiyyatı günahlandırmadı. Bu hadisələr Fransada da oldu. Orada da kəşfiyyat zəifliyi yoxdurmu? Var. Belçikada hadisə baş verəndə biz onlara öncədən xəbərdarlıq etmişdik. Dedik ki, bu-bu adamlar terrorçudur, İŞİD-çidir. Diqqətli olun". Bizə qulaq asmadılar, "səhv edirsiniz", dedilər. Sonra hava limanında məlum hadisələr oldu. Hazırda Almaniyada da vəziyyət eynidir. Soruşmazlarmı kəşfiyyatın harada idi? Demək, zaman-zaman kəşfiyyatda axsaqlıq ola bilər. Bütün bunlara baxmayaraq, biz baş nazirlə müzakirə aparacağıq. Hazırda hamı vəzifəsinin başındadır".

Tarix
2016.07.23 / 15:33
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla