Yuxarı

Yaponiyada Azərbaycan həqiqətləri...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaponiyada Azərbaycan həqiqətləri...

Milli Məclisin deputatı, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Yaponiyanın bir sıra qadın təşkilatları, tanınmış QHT və KİV rəhbərləri ilə görüşdə Azərbaycan ilə bağlı məlumatlar verib.

Axar.az xəbər verir ki, Qənirə Paşayeva Yaponiyanın bir sıra QHT və KİV rəhbərləri, qadın təşkilatları ilə görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün, Xocalı soyqırımı ilə bağlı məlumatlar verib. O deyib ki, harada yaşamasından asılı olmayaraq, dünyada beynəlxalq hüquq və ədalətin yanında olan ölkələr və xalqlar Ermənistanın işğalçılıq siyasətinə qarşı etiraz səslərini daha da yüksəltməlidir.

Yaponiyanın tanınmış qadın təşkilatları, QHT və KİV rəhbərləri Azərbaycana gəlmək istədiklərini bildiriblər və ölkəmizi yaxından tanımaqdan məmnun olacaqlarını deyiblər. Həmçinin Azərbaycan QHT və KİV-ləri, qadın təşkilatları ilə əlaqələrin və əməkdaşlığın genişlənməsindən məmnunluq duyacaqlarını vurğulayıblar.

Deputat gündoğar ölkənin KİV nümayəndələrinə Azərbaycan-Yaponiya münasibətləri, ölkəmizin iqtisadi, turizm potensialı, Qarabağ problemi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı müsahibələr də verib.

Ümumdünya Qadın Sammitinin təşkilat komitəsinin sədri Milli Məclisin deputatı Qənirə Paşayevanı 2017-ci ildə Yaponiyada keçiriləcək sammitə dəvət edib və onu yenidən bu ölkədə görməkdən məmnun olacağını bildirib.

Tarix
2016.07.24 / 11:25
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla