Yuxarı

Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı

Məlum olduğu kimi, Ramiz Mehdiyev 23 oktyabr 2019-cu il tarixində Prezident Administrasiyasının rəhbəri vəzifəsindən qovulduqdan sonra AMEA-nin prezidenti vəzifəsinə gətirildi. Amma onun AMEA-dakı “bildirçin bəyliyi” uzun sürmədi. Cəmi 2 il 4 aydan sonra, yəni 14 fevral 2022-ci ildə tələm-tələsik bu görəvindən də alınıb istirahətə göndərildi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz deyib.

O bildirib ki, bunun səbəbi Ramiz Mehdiyevin AMEA-da da “dinc durmamasıdır”:

“O, Rusiyaya bağlı komandasını başına toplayaraq, mübahisəli iclaslar keçirirdi. Onun təşkil etdiyi ən qalmaqallı toplantı isə 2021-ci il dekabr ayının 20-də Azərbaycan Elmlər Akademiyasının kitabxanasında baş tutan “Rusiya-Azərbaycan yeni regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sistemində: İlin yekunları və perspektivlər” adlı beynəlxalq dəyirmi masa olmuşdu.

Dəyirmi masada rus politoloqları ilə yanaşı, “5-ci kolon” mənsubu yerli mütəxəssislər də iştirak edirdi. Az qala Türkiyə ilə Azərbaycan arasında insidentə səbəb olan ən qalmaqallı çıxış isə xüsusi tapşırıqlar üzrə səfir Pərvin Mirzəzadədən gəlmişdi. Mirzəzadə çıxışında Azərbaycanın Suriyada hərbi əməliyyatlar aparan rus təyyarələrinə hava sahəmizi açdığımızı rəsmən bəyan edərək demişdi: “Biz Rusiyanın Suriyada həyata keçirdiyi əməliyyatı dəstəkləyirik. Təsadüfi deyil ki, Suriyaya uçüş həyata keçirən bir sıra rus hərbi təyyarələri Azərbaycanın fəzasından istifadə edirlər”.

Xüsusi diplomatın bu sözləri qəbullanacaq deyildi. Çünki həmin vaxt rus təyyarələri Suriyada türk əsgərlərini və ya Türkiyəyə bağlı qrupları bombalayırdı. Belə çıxırdı ki, bu bombardmanı həyata keçirən təyyarələrin Suriyaya uçmasına Türkiyənin ən yaxın müttəfiqi sayılan Azərbaycan şərait yaradırdı”.

Politoloq xatırladıb ki, bu toplantıdan və bu barədə məlumatların tirajlanmasından 50 gün sonra Ramiz Mehdiyev Akademiyadan da istefa verməyə məcbur oldu.

Tarix
2025.10.19 / 14:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla