Yuxarı

Şayiələr gəzir ki, Ramiz Mehdiyev… - Erməni politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şayiələr gəzir ki, Ramiz Mehdiyev… - Erməni politoloq

Azərbaycanda çevriliş cəhdinin qarşısı alınıb. Prezident Aparatının sabiq rəhbəri, hələ Heydər Əliyev dövründən nüfuz sahibi olan Ramiz Mehdiyev saxlanılıb. Şayiələr gəzir ki, Mehdiyevin çevriliş planı barədə Əliyevə Düşənbədə məhz Putin məlumat verib.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri erməni politoloq Ara Arayan deyib.

“Qəribədir: Rusiya-Azərbaycan münasibətləri gərgin idi, amma Putin belə bir addım atdı. Eynilə bir vaxtlar ruslar aralarındakı ciddi ziddiyyətlərə baxmayaraq, Ərdoğana da “əl uzatmışdılar”.

Deyirlər, vaxtilə Türkmənbaşı Niyazovu uzaqlaşdırıb Berdiməhəmmədovu hakimiyyətə gətirmək planı ruslara aid idi. Özbəkistanda güclü prezident İslam Kərimov da rusların köməyi ilə uzaqlaşdırıldı, Qazaxıstanda Nazarbayev Tokayevlə əvəz olundu, Qırğızıstanda bir neçə dəfə hakimiyyət dəyişikliyi oldu – yenə Rusiyanın dəstəyi ilə”, - A.Arayan qeyd edib.

O vurğulayıb ki, Kremlin Əliyevlərə sədaqəti isə sarsılmazdır:

“Kreml həmçinin Mərkəzi Asiya diktatorlarına və Belarus Prezidenti Lukaşenkoya xüsusi hörmət göstərir. Ermənistana isə tamamilə başqa, sayğısız və düşməncəsinə bir münasibət var. Ermənistandakı istənilən antihakimiyyət qüvvə təşviq edilir və istifadə olunur. Bu vəziyyət hələ Levon Ter-Petrosyan dövründən bəri dəyişməyib. İstər hakimiyyət, istərsə də müxalifət rusların sadiq əlaltılarıdır. Bəs problem nədədir? Yoxsa biz türkmənlərdən, azərbaycanlılardan, qırğızlardan daha zəif xalqıq?

Ermənistan bəlkə də keçmiş sovet ölkələri arasında yeganə bankrot ölkədir ki, heç bir dövlət əmlakına sahib deyil”.

Tarix
2025.10.20 / 12:08
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

Petrosyan Paşinyana Qarabağla bağlı 3 məsləhəti verib

Azərbaycan və Britaniya hərbi əməkdaşlığı müzakirə etdi

Azərbaycan və Ermənistan ən dinc dövrü yaşayır - Nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla