Yuxarı

Qazaxıstan Azərbaycandan iki gəmi aldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstan Azərbaycandan iki gəmi aldı

Qazaxıstanən Samruk-Kazına Fondu Azərbaycan şirkətləri ilə iki müqavilə imzalayacaq.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə fondun İdarə Heyətinin sədri Nurlan Jakıpov bildirib.

“Samruk-Kazına” Fondu iki sənəd imzalayacaq. Birincisi AZCON holdinqi ilədir. Bu saziş çərçivəsində Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) daha da inkişaf etdirilməsi, yəni onun potensialının gücləndirilməsi nəzərdə tutulur. Müqaviləyə əsasən, tərəflər Bakı Gəmiqayırma Zavodunda istehsal olunan bərələrin Xəzər dənizində istifadəsi imkanlarını araşdıracaq.

İkinci sazişə əsasən, SK-AIH İnvestisiya Fondu SOCAR ilə birlikdə bərpaolunan enerji mənbələrinin, yəni yaşıl layihələrin maliyyə investoru kimi çıxış edəcək”, - Nurlan Jaqıpov deyib.

Fond rəhbərinin sözlərinə görə, “KazMunayQaz” şirkətinin törəmə müəssisələrindən biri artıq Bakı Gəmiqayırma Zavodundan iki bərə alıb. Bu bərələr 2027-ci ilin sonuna qədər Xəzər dənizində fəaliyyətə başlayacaq.

“Bundan əlavə, Samruk-Kazına AZCON ilə bağlanmış müqavilə çərçivəsində başqa gəmilərin də alınması imkanlarını nəzərdən keçirir. Birinci müqavilənin dəyəri 62 milyon ABŞ dollarıdır”, - Jaqıpov əlavə edib.

Tarix
2025.10.21 / 12:01
Müəllif
Axar.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla