Yuxarı

Bakı Yaxın Şərqin yeni əsas oyunçusudur - "Avrasiyanet"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Yaxın Şərqin yeni əsas oyunçusudur - "Avrasiyanet"

Azərbaycan Qafqaz və Yaxın Şərqin yeni təhlükəsizlik arxitekturasında əsas oyunçudur.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın “Avrasiyanet" (Eurasianet) analitik saytında yayımlanan məqalədə deyilib.

“Bakı ABŞ-ın Yaxın Şərqdə güc balansını dəyişdirmək üçün strateji planlarında getdikcə daha çox mühüm rol oynayır. Azərbaycanın Qafqazın cənubunda yerləşməsi ölkəyə regional enerji və təhlükəsizliyə təsir göstərmək üçün unikal imkanlar yaradır”, - məqalədə bildirilib.

Məqalədə Trampın Azərbaycan haqqında sözlərini də sitat gətiriblər:

“Azərbaycan Avrasiya ilə Yaxın Şərqi birləşdirən yeni güc balansının yaradılmasında əsas rol oynayır. O, regionda təhlükəsizlik üçün məsuliyyəti öz üzərinə götürməyə qadir olan vacib tərəfdaşdır”.

Bildirilib ki, Prezident İlham Əliyev Türkiyə və İsraillə əlaqələrini fəal şəkildə gücləndirir, onların dialoqunda vasitəçi kimi çıxış edir və Suriyadakı problemlərin həllinə kömək edir:

“Bu, Bakının Qafqaz və ərəb dünyası arasında körpü rolunu gücləndirir. Azərbaycan Yaxın Şərq və Avrasiyanı birləşdirən strateji mərkəzə və inkişaf etməkdə olan regional nizamda ABŞ üçün əsas tərəfdaşa çevrilib”.

Tarix
2025.10.24 / 12:34
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla