Yuxarı

Ukraynadan Rusiyaya müharibə xəbərdarlığı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurası Krımdakı vəziyyətin yoluna qoyulması üçün plan hazırlayıb.

"Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu şuranın iclasından sonra keçirdiyi brifinqdə qurumun katibi, son hadisələr zamanı Maydanın özünümüdafiə qüvvələrinin komandiri olmuş Andrey Parubiy deyib.

"Biz separatçı ssenariyə yol verməmək üçün fəaliyyət planı hazırlamışıq", - deyə o, söyləyib.

A. Parubiy plan haqda danışmayıb, çünki bu, həmin planın həyata keçirilməsini çətinləşdirə bilər. O, problemin həlli üçün beynəlxalq tərəfdaşların cəlb olunması ilə bağlı da plan olduğunu qeyd edib. A. Parubiyin sözlərinə görə, müəyyən olunub ki, kiçik qruplar istisna olmaqla, Krımdakı münaqişədə krımlılar iştirak etmir və hadisələrin əsas iştirakçıları Rusiyanın Qara dəniz donanmasının geyimlərini dəyişmiş əsgərləri və Rusiya "spesnaz"ıdir: "Rusiya Federasiyası və onun ordusu tərəfindən aktiv fəaliyyət başlasa və birbaşa işğal halında sözsüz ki, Ukrayna ordusu və Ukrayna sərhədçiləri tərəfindən ən adekvat addımlar atılacaq".

Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi Krımda fövqəladə vəziyyət elan olunması variantının da nəzərdən keçirildiyini, lakin bunun yerinə daha effektiv vasitələrə üstünlük verdiklərini açıqlayıb. A. Parubiy Krımdakı ssenarinin hüquq-mühafizə orqanları tərəfindən lokallaşdırıldığını nəzərə çatdırıb: "Məlumat var ki, xarici xüsusi xidmət orqanları tərəfindən Krımda cızılan ssenari Ukraynanın başqa vilayətlərində inkişaf etdirilməli idi. Ukraynanın bütün strateji obyektləri Ukrayna Silahlı Qüvvələrinin mühafizəsi altındadır. Artıq bütün lazımi tədbirlər görülüb".

A.Parubiy 2010-cu ildə Ukrayna ilə Rusiya arasında (Viktor Yanukoviç və Dmitri Medvedev tərəfindən) imzalanmış və Rusiyanın Qara dəniz donanmasının Ukrayna ərazisində yerləşməsi və statusunu müəyyən edən Xarkov razılaşmasına yenidən baxılması məsələsini də müzakirə etdiklərini diqqətə çatdırıb. O, konkret qərarlar qəbul olunduqdan sonra ictimaiyyətin bu haqda məlumatlandırılacağını söyləyib. Qeyd edək ki, Xarkov razılaşmasına əsasən Rusiya donanmasının Ukrayna ərazisində qalma müddəti 25 il uzadılıb.

Tarix
2014.02.28 / 16:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla