Yuxarı

Zəfər Günü ilə bağlı şüarlar “Tayms” meydanında - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəfər Günü ilə bağlı şüarlar “Tayms” meydanında - Video

ABŞ-ın Nyu York şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən məlumatlandırma aksiyası davam edir.

Axar.az Report-a istinadən xəbər verir ki, aksiya Amerika-Azərbaycan Gənclər Federasiyasının təşəbbüsü və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

"Qarabağ şikəstəsi" və "Bayatı-Şiraz" təsnifinin sədaları altında hərəkət edən avtomobilin ekranlarında Azərbaycanın dövlət bayrağı, "Qarabağ sülhün və ümidin məkanıdır", "5 illik qələbən mübarək, Azərbaycan", "Azərbaycanın zəfəri, ədalətin qələbəsi", "Qarabağda davamlı sülh naminə birliyimiz əbədidir", "Zəfər qəhrəmanlarını ehtiramla yad edirik", "Azərbaycan qalib gəldi və Qafqazda sülhü, həmrəyliyi möhkəmləndirdi", "Qarabağ - sülhün və ümidin diyarı", "Azərbaycan - 5 illik cəsarət, 5 illik qürur!" şüarları və xarıbülbül ilə azad olunmuş ərazilərin təsvirləri əks olunub.

Məlumatlandırma aksiyası çərçivəsində üzərində Azərbaycan həqiqətlərini əks etdirən LED ekranlı avtomobil Nyu Yorkun Manhetten adasının mərkəzi küçə və meydanlarından - "Tayms" meydanından, Brodveydən, Uoll Stritdən, Vaşinqton Meydan Parkından, 5-ci Avenyudan, Çambers Strit və Mərkəzi Parkdan keçib, eləcə də strateji əhəmiyyətli binaların, o cümlədən BMT-nin Baş Qərargahının, Dünya Ticarət Mərkəzinin binasının və Bruklin körpüsünün önündə dayanıb.

Onu da bildirək ki, məlumatlandırma aksiyası səhər saatlarına qədər davam edəcək.

Tarix
2025.11.08 / 09:15
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla