Yuxarı

Ermənistan-Azərbaycan sərhədində yanğın

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan-Azərbaycan sərhədində yanğın

Azərbaycanla Ermənistan arasındakı ərazidə baş vermiş yanğının böyüməsinin qarşısının alınması istiqamətində işlər davam etdirilir.

Axar.az Report-a istinadən xəbər verir ki, Gədəbəy rayon İsalı, Dördlər və Mormor kəndlərinin Ermənistanla sərhədyanı ərazisində (neytral ərazi) dörd gündür davam edən yanğının kəndlərə, xüsusən də meşəlik sahələrə keçməməsi üçün Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Relyefin mürəkkəbliyi səbəbindən xüsusi texnikaları əraziyə cəlb etmək mümkün deyil.

Mütəmadi olaraq güclənən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də, yanğınla mübarizə tədbirləri əl üsulu ilə fasiləsiz olaraq davam etdirilir.

Qeyd edək ki, Azərbaycan və Ermənistan mediasında yayılan xəbərlərə görə, bir neçə gündür ki, Ermənistan-Azərbaycan şərti sərhədinin Gədəbəy rayonu istiqamətində genişmiqyaslı yanğınlar müşahidə olunur.

Tarix
2025.11.12 / 20:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azad edilmiş ərazilərdə 7 milyonluq layihə...

Deputatın qızı şikayətləndi: Atamla bağlı müraciətim...

Azərbaycan bu ölkə ilə diplomatik münasibətlər qurur

Prezidentin yeni vəzifə verdiyi Orxan Mürsəlov kimdir?

Prezidentin yeni başçılara 3 tapşırığı: hansı əməl etməsə...

Zəngəzur dəhlizinin tikintisi nə vaxt başlayacaq? - Paşinyan

Yeni başçı kollektivə təqdim olundu

Son görüşümdə Azərbaycana səfər etdim - Qriqoryan

Şəhidlərin nəşlərinin tapılma anı – Video

Ölkədə tarif güzəştləri genişləndiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla