Yuxarı

Azad edilmiş ərazilərdə 7 milyonluq layihə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azad edilmiş ərazilərdə 7 milyonluq layihə...

Azərbaycanın azad edilmiş ərazilərində mərhələli şəkildə bərpa-quruculuq, yenidənqurma işləri davam etdirilməkdədir.

Axar.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bu işlərin davamı kimi Xankəndi, Xocalı şəhərlərinin və Əsgəran qəsəbəsinin xarici su təchizatı və tullantı su şəbəkə və qurğularının tikintisi işləri aparılacaq.

Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı bir müddət əvvəl başladığı müvafiq işləri yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını "Ramco" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalöə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, QSC-yə 6.889 milyon manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu "Ramco" QSC 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min manat olan şirkətin qanuni təmsilçisi Abdullayev Rövşən Hüseyn oğludur.

Tarix
2025.11.12 / 22:26
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslər hərbi xidmətdən azaddır!

Deputatın qızı şikayətləndi: Atamla bağlı müraciətim...

Azərbaycan bu ölkə ilə diplomatik münasibətlər qurur

Prezidentin yeni vəzifə verdiyi Orxan Mürsəlov kimdir?

Ermənistan-Azərbaycan sərhədində yanğın

Prezidentin yeni başçılara 3 tapşırığı: hansı əməl etməsə...

Zəngəzur dəhlizinin tikintisi nə vaxt başlayacaq? - Paşinyan

Yeni başçı kollektivə təqdim olundu

Son görüşümdə Azərbaycana səfər etdim - Qriqoryan

Şəhidlərin nəşlərinin tapılma anı – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla