Yuxarı

Qiymət 3 dəfə qalxdı, 3 gündür verilmir - Nə qədər pul “silinir”?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qiymət 3 dəfə qalxdı, 3 gündür verilmir - Nə qədər pul “silinir”?

Bu ilin yanvarında istiliyə görə qiymət iki dəfə, iyulunda isə 50% bahalaşdı və beləliklə 7 ay ərzində istiliyin qiyməti 3 dəfə artmış oldu.

Qiymət 3 dəfə artandan - yəni hər kv.m-ə görə 15 qəpikdən 45 qəpiyə qalxandan sonra istiliyə görə ödəniş köhnə tikililərdə ayda ortalama ən azı 18, yeni tikililərdə isə 30 manat təşkil edir. Yəni kv.m-ə görə təxmini hesablayırıq - binalarda 1, 2, 3, 4 otaqlı mənzillərin olduğunu nəzərə alıb, ikiotaqlı mənzilə görə qiymət çıxarırıq.

İstilik Bakıda 15 noyabrdan başlayır və 15 aprelə qədər davam edir. 15 noyabrdan başlanması o deməkdir ki, 14 noyabrdan 15 noyabra keçən gecə - 15 noyabr tarixinin başlandığı 00:00-da mənzillərə, məktəblərə və digər obyektlərə istilik verilməlidir.

Bakının hansı ərazilərinə istiliyin verilməsinə başlandığı haqda “Azəristiliktəchizat”ın hələ rəsmi açıqlaması yoxdur, ancaq bir çox ərazidə istiliyin verilmədiyi dəqiqdir, çünki abonentlərin şikayətləri var və o abonentlərdən biri də bəndənizdir.

Bir aylıq qiyməti hesabladığımız üçün bir günlük qiyməti də təxmin etmək mümkündür: mənzilbaşına 1 manat. Bu gün noyabrın 17-si olduğunu və istiliyin hələ də bir çox ərazilərə verilmədiyini nəzərə alsaq, demək, mənzilbaşına 3 manat artıq “istifadə edilib”.

Sizcə, indiyə qədər istiliklə təmin olunmayan neçə mənzil olar Bakıda? Paytaxtda rəsmi 2 milyon 400 min adam yaşadığını, bunların yarısının “Azəristilik”dən istilik aldığını, onların da yarısının - yəni 600 minin istiliklə 3 gündür təmin edilmədiyini düşünək və bu 600 minin də 150 min mənzildə məskunlaşdığını təxmin edək - hər 4 nəfərə 1 mənzil yəni. Bu, ədalətli yanaşmadır və minimal rəqəmlərdir.

3 gün müddətində xidmət göstərilməyən məbləğ yarım milyona çatırmı?

Amma bu yalnız mənzillərə aiddir: bəs, məktəblər, bağçalar, digər obyektlər? Onlarda necədir vəziyyət?

15 noyabrda istilik verilməyib, 16-20 noyabrda da orta məktəblərdə tətildir - elədi 6 gün!

“Azəristiliktəchizat” ASC istiliyi 3 gündür vermədiyinə görə hələ abonentlərindən üzr istəməyib, bağışlanmasını diləməyib, bu 3 günlük gecikməyə görə hansı kompensasiya təklif edəcəyini açıqlamayıb və əlbəttə ki, heç vaxt da açıqlamayacaq, çünki illərlə bu cür işləyiblər. Əvəzində aylıq abunəni mütləq tələb edəcək və alacaq, almadığı halda ödəniş etməyən bir neçə sakinə görə bütün binanın istiliyini kəsəcək.

Amma bu hələ o demək deyil ki, bu 3 günlə məsələ tamamlanıb: hələ istilik verilməyib və bunun neçə gün davam edəcəyi bəlli deyil.

“Azəristiliktəchizat” ASC xidmət edilməyən günlərə görə aldığı məbləğlərin hesabını haçan və kimə verəcək?

Tarix
2025.11.17 / 12:47
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla