Yuxarı

Keçmiş FETÖ-çudan Gülən haqda inanılmaz - Faktlar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illər Gülən camaatının üzvü olan, 17 Dekabr (2013) hadisələrindən sonra təşkilatdan uzaqlaşan Hüseyn Gülərcə Fətullah Gülənin xarakterindən danışıb.

Axar.az xəbər verir ki, "CNN Türk"ün suallarını cavablandıran Gülərcə Gülənlə bağlı bu vaxtadək ictimaiyyətə məlum olmayan hadisələrdən söz açıb:

Türkoğlunu təpik-yumruqla döyürdü

"Mən 17 Dekabr hadisələrinə qədər Fətullah Güləni ziyarət edən, yanında olan adamam. Lakin bu hadisələrdən sonra oxuduğu bəlalar və ölkə üçün söylədiklərindən yana bir daha geri dönməmək şərti ilə onlardan ayrıldım.

Hamınız bilirsiniz, "Zaman" qəzeti camaatın qəzeti idi. Şefi də Fətullah Gülən idi. Bir gün yanına getdim. Otağında gözləyirdim ki, birdən gurultu qopdu, səsləri gəlməyə başladı. Onun olduğu yerdə bu cür səslərin gəlməsi mümkün deyildi. Sonra mən qapını açdım. Gözümün önündə Cövdət Türkoğlunu (Gülən camaatının bir nömrəli imamı) təpiklə, yumruqla döyürdü.

Kitaplar oxutdurulur, videolar izlətdirilirdi

Bunun adı gülənizmdir. 10 il bundan öncə Fatehdə Gülən camaatı tələbələrinin qaldığı bir yerə getdim. Burada onlara kitablar oxutdurulur, videolar izlətdirilirdi. Bu insanlar aldadılır və "Xidmət" (Hizmət) adı altında onlardan istifadə edirlər. Orada onlara çox yaxşı təhsil verirdilər. Bir neçə həftədən sonra ana-ata sevgisindən bəhs edilir, illüziya başlayır. Sonra o yaramaz uşağın valideynlərinə kübar münasibətini görən analar və atalar buna sevinirlər. Çevrilişi bu evlərdə böyüyən adamlar etdi.

Peyğəmbərlə görüşdüyünü demişdi

Bəd duadan sonra Hakan Şükür ABŞ-a gedir. Bir dostum danışır, deyir, Hakan Şükür Gülənə deyib ki, əfəndim, siz buna qarşılıqlı lənətləşmə deyirsiniz, amma Türkiyədə buna qarğış (bəd dua) deyirlər. Gülən də Şükürə deyib ki, Hakan bəy, mən bunu özbaşına demirəm. Yəni o özünü Mehdi hesab edir və buna inanır. Bir dəfə mənə peyğəmbərlə görüşdüyünü demişdi.

MKİ-nin Güləni dəstəklədiyini dəqiq bilirəm

Son günlərdə Türkiyədə əsas müzakirə mövzusu olan Tvitterdəki "Fuad Avni" hesabına münasibət bildirən Gülərcə burada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) barmağı olduğunu deyib:

"Fuad Avni" hesabı MKİ-də açılıb. MKİ-nin Fətullah Güləni dəstəklədiyini dəqiq bilirəm. Bu hesab vasitəsi ilə Prezident Administrasiyası, Nazirlər Kabineti və Baş Qərargahdan məlumatlar Gülənə ötürülürdü".

Tarix
2016.08.01 / 15:58
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla