Yuxarı

"Azərbaycan nümunəvi ölkələrdən biridir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə müşaviri Uilyam Solley avqustun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olub.

Axar.az xəbər verir ki, görüşdə komitənin sədri Mübariz Qurbanlı ölkəmizdəki dini durum barədə məlumat verərək bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" Qanun ilə tənzimlənir və dini etiqad azadlığı təminat altındadır. Ölkə əhalisinin 96 faizinin İslam dininə mənsub olduğunu diqqətə çatdıran M.Qurbanlı Azərbaycanda dini durumun sabit olduğunu, müxtəlif konfessiyaların sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini bildirib. Bu gün Azərbaycanın tolerant və multikultural dəyərlərə görə dünyada nümunə sayılan ölkələrdən biri olduğunu deyən komitə sədri həmin dəyərlərin dövlət səviyyəsində təbliğ və təşviq edildiyini vurğulayıb. O bildirib ki, Azərbaycanda din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən insanlar ibadətlərini sərbəst həyata keçirirlər. Dövlətin dini icmalara daim qayğı göstərdiyini deyən M.Qurbanlı Prezident İlham Əliyev tərəfindən İslam və qeyri-dini icmalara maliyyə vəsaitinin verilməsi ilə bağlı imzaladığı sərəncamları da diqqətə çatdırıb.

Azərbaycanda yeni fəaliyyətə başladığını deyən Uilyam Solley ölkəmizdə dini durumun sabit olduğunu qeyd edib, dövlət-din, konfessiyalararası münasibətlərin vəziyyəti, multikultural və tolerant mühit barədə fikirlərini bölüşüb. O, Azərbaycanda mövcud olan bu ənənələrin öyrənilməsində maraqlı olduqlarını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin davam etdirilməsinin ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da yaxşılaşması baxımından vacib olduğu bildirilib.

Tarix
2016.08.01 / 19:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla