Yuxarı

Bakı-Tehran əməkdaşlığı müzakirədə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ilə İran arasında telekommunikasiya və poçt sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-a bildirilib ki, Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə telekommunikasiya və poçt sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, regional layihələrdə birgə iştirak, "Elektron hökumət" modelinin inkişafı üçün təcrübə mübadiləsinin intensivləşdirilməsi, sərhədyanı ərazilərdə radio tezliklərin tənzimlənməsi, kibertəhlükəsizlik, peyk, mobil rabitə və internet xidmətləri sahələrində əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

R.Quluzadə həmkarı ilə ilk görüşündən ötən müddət ərzində ölkələrimiz arasında rabitə və yüksək texnologiyalar sektorunda həyata keçirilən işlərin sürətləndirildiyini bildirib. Nazir İranın özəl İT şirkətlərinin Azərbaycanın İKT sektoruna cəlb edilməsinin məqsədəuyğun olduğunu qeyd edərək, bunun üçün "Bakutel" beynəlxalq informasiya texnologiyaları sərgi-konfransının uğurlu platforma olduğunu diqqətə çatdırıb. O, internet trafikinin ötürülməsi istiqamətində uğurlu təcrübənin olduğunu vurğulayaraq, kibertəhlükəsizliyin təmin olunmasında da əməkdaşlığın zəruriliyini qeyd edib.

M.Vaezi isə rabitə və yüksək texnologiyaları sahəsi üzrə əlaqələrin daha da genişləndirilməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, qarşılıqlı əməkdaşlıq beynəlxalq təşkilatlarda da ölkələrimizin bir-birini dəstəkləməsinə imkan verir. Nazir qeyd edib ki, ümumiyyətlə, sahə üzrə mövcud olan potensial imkanlardan geniş istifadə olunmalıdır.

Sonda görüş çərçivəsində müzakirə olunan məsələlərin mövcud İşçi Qrup tərəfindən qısa vaxtda icrasına başlanılması qərara alınıb.

Tarix
2016.08.01 / 22:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla