Yuxarı

Krım ordunu Kiyevə tabe olmamağa çağırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Krım ordunu Kiyevə tabe olmamağa çağırdı

Krım yarımadasında yerləşən bütün qüvvələrin yalnız yerli hökumətə tabe olması tələb edildi.

"Axar.az" xəbər verir ki, bu tələblə Krım Muxtariyyətinin yeni Baş naziri Sergey Aksyonov çıxış edib.

O, bütün qüvvələri müvəqqəti olaraq yalnız onun əmrlərini yerinə yetirməyə çağırıb:

"Mən Milli Təhlükəsizlik Xidmətindən, polis, Ordu, Hərbi donanmadan yalnız mənim əmrlərimə qulaq asmağı tələb edirəm. Əgər kimsə bunu istəmirsə, çıxıb gedə bilər".

Bu arada Krım Muxtariyyəti Rusiya Prezidenti Vladimir Putinə yarımadada sülh yaratmaq üçün müraciət edib.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Radasında Krımdakı qüvvələrin yalnız mərkəzi hakimiyyətə tabe olması haqqında fikirlər səslənmişdi.

Tarix
2014.03.01 / 12:10
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla