Yuxarı

Dedilər ki, Zəngəzur dəhliziniz var, gedin oradan keçin...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dedilər ki, Zəngəzur dəhliziniz var, gedin oradan keçin...

Azərbaycan səfirliyinin əməkdaşlarının Gürcüstanın müvafiq orqanlarının nümayəndələri ilə görüşündən sonra saxlanılan yük avtomobillərinin problemi həll olunmağa başlayıb.

Axar.az xəbər verir ki, bunu Report-a Azərbaycana aid TIR sürücülərindən Pərvin Həsənov deyib.

O qeyd edib ki, hazırda keçid üçün hazırlıqlar aparılır və günün sonuna gömrüyü tərk edəcəyinə ümid edir. Sürücü bildirib ki, bu dəfə məsələ həll olunsa da, onlar mütəmadi olaraq belə problemlərlə qarşılaşırlar:

"Mən tütün məmulatları daşıyıram. Şəkidən yükü Yunanıstana aparıram. Eyni adda yükü daşıyan Gürcüstana aid avtomobillər gömrüyü problemsiz keçirlər. Biz isə gömrükdə gecikmə səbəbindən Avropadakı müştərilərimizin narazılığı ilə üzləşirik".

P.Həsənov bildirib ki, onu heç bir səbəb göstərmədən 22 gün gömrükdə saxlayıblar. Onun sözlərinə görə, gömrükdə noyabrın 7-dən saxlanılıb və onunla birlikdə Azərbaycana aid 30-dan çox avtomobil sürücüsü eyni situasiya ilə qarşılaşıb:

"Sürücülər kimə yaxınlaşırlar, onlarla heç kim danışmır. Gömrük əməkdaşları kobud davranır və ümumiyyətlə ünsiyyət qurmurlar".

Analoji problemlə qarşılaşan sürücü Balay Allahverdiyev onlardan əvvəl 70-ə yaxın avtomobilin geri qaytarıldığını deyib:

"Həmin sürücülərə Gürcüstan tərəfi deyib ki, sizin Zəngəzur dəhliziniz var, gedin, oradan keçin. Onları geri qaytarıblar və hazırda həmin sürücülər İran və ya Türkiyə ərazisindən keçid etməyə cəhd göstərirlər".

Xatırladaq ki, Batumi və Tiflis gömrük-keçid məntəqələrində 20 gündən artıqdır saxlanılan Azərbaycan yük avtomobilləri buraxılmırdı. Azərbaycanın Gürcüstandakı səfirliyi bu məsələni nəzarətə götürüb və səfirliyin nümayəndələri Gürcüstanın müvafiq qurumlarının nümayəndələri ilə görüşlər keçiriblər. Danışıqlardan sonra qarşı tərəf məsələnin çox qısa zamanda tam həll olunacağına söz verib.

Tarix
2025.11.27 / 15:52
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla