Yuxarı

Dəhlizlə bağlı dəyişiklik edilə bilər - Xandanyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəhlizlə bağlı dəyişiklik edilə bilər - Xandanyan

Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiya və demarkasiya istiqaməti dəyişməz olaraq qalır. Proses şimaldan - Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin kəsişmə nöqtəsindən başlayaraq, cənub istiqamətinə doğru davam edəcək.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə keçən həftəsonu Qəbələdə iki ölkənin sərhəd komissiyalarının görüşünün detalları barədə danışan Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan məlumat verib.

“Prinsip eyni olaraq qalır. Bu ilin yanvar ayında qərarlaşdırıldığı kimi, dəyişməz qalıb, amma əlbəttə, kommuniksiyaların (və ya nəqliyyat dəhlizlərinin) açılması ilə bağlı praktik zərurət yarana bilər. Əgər xatırlayırsınızsa, sentyabrda da Ermənistan və Azərbaycanın sərhəd komissiyalarının rəhbərləri qarşılıqlı olaraq görüşdülər və həmin sahələri araşdırdılar, yəni mümkün infrastrukturun keçəcəyi sahələrdə çox qısa hissələri delimitasiya etmək zərurəti yarana bilər ki, layihələndirmə və tikinti zamanı problemlər yaranmasın”, - o bildirib.

Artıq müəyyən edilmiş sahələrdə praktiki olaraq delimitasiya işlərinin nə vaxt başlayacağı ilə bağlı Xandanyan dəqiq tarix söyləməkdə çətinlik çəkib, amma əmin edib ki, artıq konkret işlər aparılır:

“Əhalinin sayı və sənədlər, xəritələrlə işləməkdən əlavə, sahədə tədqiqatlar aparmaq, dəqiqləşdirmələr etmək zərurəti olacaq və əlbəttə, hava şəraiti və digər amillər nəzərə alınaraq, mümkün qədər yaxın aylarda işlər davam edəcək. Dəqiq tarixi bu baxımdan deyə bilmərəm”.

Məlumata görə, sərhəd komissiyalarının növbəti görüşü Ermənistan ərazisində keçiriləcək, gün və yer hələ müəyyənləşməyib.

Tarix
2025.12.01 / 19:48
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla