Yuxarı

Daha tez pensiya və yüksək məbləğ seçimi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha tez pensiya və yüksək məbləğ seçimi...

Nazirlər Kabineti "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"na edilən dəyişiklikləri təsdiq edib. Yeni qaydalarla daha tez pensiyaya çıxmaqla bağlı proseduralar sadələşib və əlçatanlıq artırılıb.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.

"Əmək pensiyaları" haqqında Qanunun 9-cu maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda) azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bu hüququn reallaşması üçün isə həmin vətəndaşlarımızın işlədiyi müəssisə üzrə işəgötürən tərəfindən arayışa təqdim edilməsinə ehtiyac vardı.

Ancaq bəzi hallarda, xüsusən həmin müəssisələrin fəaliyyətlərini dayandırması səbəbindən belə arayışların alınmasında çətinliklər oldu. Nəticədə bəzi hallarda vətəndaşlarımız öz pensiya hüquqlarından daha tez istifadədə çətinliklər ilə üzləşirdilər. Yeni dəyişikliyə əsasən, qeyd edilən səbəbdən həmin arayışın təqdim edilməsi mümkün olmadıqda, şəxsin işləmiş olduğu peşənin Nazirlər Kabinetinin təsdiq etdiyi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na uyğun olması əsasında onun müvafiq iş dövrü güzəştli iş stajına daxil ediləcək və erkən pensiya hüququ qazanacaq. Bu zaman güzəştli sahədə iş stajının hesablanması isə "Əmək və Məşğulluq" altsistemindən əmək müqavilələrinə dair çıxarışda olan qeydə əsasən aparılacaq. Bununla yanaşı, əmək kitabçasında olan qeydə və ya dövlət arxivinin arayışına əsasən də təyinat mümkün olacaq.

Yeni dəyişikliklərlə qulluq əlavəsi alan və işləməyə davam edən şəxsin əmək pensiyası hesablanarkən əmək haqqı və ya pensiya kapitalı əsasında hesablanan pensiya məbləğlərindən hansı yüksək olarsa, vətəndaşa həmin məbləğ təyin olunacaq. Yəni, bu hallarda vətəndaşın gözlənilən pensiya məbləğində artımlar olacaq.

Daha sadə izah etsək: güzəştli şərtlər ilə pensiya hüququ olan vətəndaşımızın əvvəllər işlədiyi iş yeri bağlanıbsa və arayış ala bilmirsə, yeni qaydalardan sonra əmək kitabçasında qeyd və ya arxiv sənədi ilə təyinat mümkün olacaq və hansı pensiya növü üzrə məbləğ yüksək olarsa, vətəndaşımız daha çox olanı seçmək hüququna malik olacaq. Bu isə pensiya təyinatının asanlaşdırılmasına və bir sıra hallarda isə pensiya məbləğlərinin artmasına xidmət edəcək", - o əlavə edib.

Tarix
2025.12.02 / 09:19
Müəllif
Axar.az
Digər xəbərlər

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

Türkiyə Ermənistanda “tərəfini” elan etdi

Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..

İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?

Bayramov Qrono ilə görüşdü: Sülh prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla