Yuxarı

Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto

Azərbaycan müdafiə naziri yanında İnspektorlar Qrupunun üzvü, Vətən müharibəsinin komandanlarından biri, “Qarabağ” ordenli general-leytenant Mais Bərxudarov ABŞ-dan gəlmiş hərb sahəsi üzrə alimlərlə görüşüb.

Axar.az xəbər verir ki, generalla görüşdə iştirak edənlər Vest Point Hərbi Akademiyasının professoru Con Spenser və onunla birlikdə işləyən başqa bir mütəxəssisdir.

Onlar hər ikisi ehtiyatda olan hərbçidir və 2021-ci ildə Şuşaya səfər ediblər.

Amerikalı ekspertlər bir neçə aydır Azərbaycana mütəmadi olaraq gəlib-gedirlər.

“Onlar 44 günlük Vətən müharibəsi və Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi antiterror əməliyyatları haqqında ingilis dilində kitab yazıblar. Kitab hərbi kolleclər və ingilisdilli Qərb akademiyaları üçün nəzərdə tutulub. Artıq bir neçə aydır ki, kitab üzərində iş gedir. Bu müddət ərzində 5-6 dəfə işğaldan azad olunmuş ərazilərə səfər ediblər. Bu səfər isə sonuncu idi”, – deyə görüşdə iştirak edən azərbaycanlı hərbi jurnalist Heydər Mirzə "Yeni Sabah"a bildirib.

Görüşdə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polkovnik Anar Eyvazov da iştirak edib.

Tarix
2025.12.16 / 23:44
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla