Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Noyabr 2019


ABŞ səfiri Göygöldə açılışda

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov ilə birgə ABŞ hökumətinin maliyyə dəstəyi ilə təmir edilmiş Göygöl Zona Baytarlıq Laboratoriyasının açılış mərasiminə qatılıb.

ABŞ-ın Təhlükəsizliyin Azaldılması üzrə Müdafiə Agentliyi (DTRA) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyininın Dövlət Baytarlıq Xidməti ilə əməkdaşlıq çərçivəsində Göygöl laboratoriyasını təmir edilməsi və ən son baytarlıq xəstəliklərinin aşkarlanması və müalicəsi avadanlıqları ilə təmin edilməsinə təxminən bir milyon dollar vəsait xərcləmişdir. DTRA Qax, Quba, Sabirabad və Bərdədə bu kimi baytarlıq laboratoriyalarının yenilənməsini maliyyələşdirib.

Ötən on il ərzində DTRA Azərbaycanda təxminən 100 milyon dollar vəsait xərcləmişdir. Bu vəsait radar sistemlərinin qurulması və gəmi bazalarının tikintisi, gəmilərin təmiri, habelə Azərbaycanın laboratoriya şəbəkəsinin inkişafına yönəldilib. Bu fəaliyyətlər ABŞ hökumətinin azərbaycanlııların təhlükəsizliyi və rifahının yaxşılaşdırılması üçün Azərbaycanlı tərəfdaşlarla birgə işinin bir hissəsidir.

"İnanıram ki, bu əməkdaşlıq Azərbaycan və həmin bölgənin əhalisinin sağlamlıq və təhlükəsizliyini təmin etmək baxımından önəmli olmuşdur. Buradakı fəaliyyətimiz iqtisadiyyatın şaxələndirilməsi və kənd təsərrüfatı sektorunun inkişafı üzrə Azərbaycanın öz məqsədlərinə nail olmaq sahəsində ortaq marağımıza xidmət edir", deyə səfir Morninqstar bildirib.

DTRA-nın fəaliyyəti Birləşmiş Ştatlar hökumətinin Azərbaycanın gələcəyinə qoyduğu investisiyanın bir hissəsidir. (Trend)

Tarix
2014.03.02 / 23:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni deputat: 158 əsgərin ölüm səbəbi...

İvanişvili haqlıdır: əgər tələb qəbul edilsə... – Şərh

Müharibə olarsa, ermənilərə bu haqqı verə bilərik - Amaşov

İranda vəziyyət çox ağırlaşıb: nələr ola bilər?

Erməni əsgər torpağımızda minaya düşdü

Millət vəkili məktəbdə Dirçəliş Günü tədbirinə qatıldı – Foto

Nikol “miatsum”a qayıtdı, sübut etdi ki... – Türkiyədə müzakirə

Cəfəroğlunu ermənipərəstlikdə ittiham etmək... - Millət vəkili

Bu, doğrudan da tarixi nailiyyətdir - İlham Əliyev

Elmar Məmmədyarov “Erfolq”a müsahibə verdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla