Yuxarı

MKİ Xameneinin qaçış planını buna görə yayıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
MKİ Xameneinin qaçış planını buna görə yayıb

ABŞ mətbuatı Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatına istinad edərək İranın ali rəhbəri Əli Xamaneinin Moskvaya qaçacağı ilə bağlı xəbər tirajlayıb. Mərkəzi Kəşfiyyat İdarəsi bu xəbəri məqsədli şəkildə yayıb. Məqsəd İranda etiraz dalğasının genişlənməsini təmin etmək və mühafizəkarlar arasında fikir ayrılığı yaratmaqdır.

Axar.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

“Bu xəbər İranda müzakirə mövzusuna çevriləcək. Ancaq mühafizəkarlara rəhbərlik edərlər hələ qaçmağa deyil, iğtişaşları silah gücünə yatırmağa üstünlük verirlər. Əgər bu alınmasa və mühafizəkarlar vəziyyətə nəzarəti itirərlərsə, həqiqətən ali rəhbərin qaçırılması ssenarisi işə düşəcək. Bu halda ali rəhbərin alternativi çox deyil.

Mərhum Xomeyni şaha qarşı mübarizəyə Paris yaxınlığından rəhbərlik edirdi. O zaman Avropada və Fransada hesab edirlər ki, Xomeyni şah rejiminin yerində normal hakimiyyət formalaşdıracaq. Ümidlər boşa çıxdı.

Avropa bu dəfə aldanmayacaq, Qərb ölkələri 1979-cu ildən bu yana molla rejiminin nəyə qadir olduğunu anlayıb. Ona görə ali rəhbəri qəbul edəcək ölkələr Rusiya və Çinlə kifayətlənə bilər. Bəşər Əsəd Rusiyanı seçdi, ali rəhbər də dostunun seçiminə üstünlük verər. Ancaq İran hələ o mərhələyə çatmayıb”, - politoloq qeyd edib.

Tarix
2026.01.05 / 17:35
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla