Yuxarı

Bastrıkinin Bakıya məktubu: Putin Bakıya mesaj ötürür

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bastrıkinin Bakıya məktubu: Putin Bakıya mesaj ötürür

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin AZAL-ın təyyarəsi ilə bağlı cinayət işinə xitam verilməsinin səbəbləri haqda Azərbaycanın Baş prokuroru Kamran Əliyevə göndərdiyi iddia edilən məktub təyyarə böhranı ətrafında yeni suallar yaratdı.

Məktubda AZAL-ın təyyarəsinin hava şəraitinə görə marşrutunu dəyişdirdiyi, qəzanın da buna görə baş verdiyi qeyd olunur, atəş açılmasından bəhs edilmir. Xarici işlər naziri Ceyhun Bayramov da ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirdi ki, Rusiya İstintaq Komitəsi təəccüb doğuran məktub göndərib. Məktubda cinayət işinə xitam verildiyi bildirilir.

Bastrıkinin məktubu qəza ilə bağlı Rusiyanın da yer aldığı komissiyanın ilkin araşdırmasının nəticələrinə, eləcə də Putinin Əliyevlə Düşənbə görüşündə dediklərinə ziddir.

- Komissiya təyyarəyə kənar müdaxiləni təsdiq edir;

- Putin də Əliyevə təyyarənin Rusiya hava hücumundan müdafiə sistemlərinin açdığı atəşə tuş gəldiyini deyib və buna görə kompensasiyanın ödəniləcəyini, məsuliyyətli şəxslərlə bağlı hüquqi qiymət veriləcəyini bildirib;

Bunun fonunda Rusiya İstintaq Komitəsinin əsassız mövqeyi Bakıda suallar yaradır: Bastrıkin Putinə qarşı çıxır?

Mümkün ehtimaldır, Rusiyanın hərbi-siyasi elitasında qruplaşmaların olduğunu nəzərə alsaq, təyyarənin vurulmasına görə məsuliyyət daşıyan şəxsləri qorumaq istəyən qrupların rol oynadığı versiyası ön plana çıxır. Cinayət işinə xitam verilməsi ilə Putinin də mövqeyinə təsir etmək istəyə bilərlər. Hərçənd, mümkün görünən bu ehtimal belə bir qərarın birbaşa Kreml – Putin tərəfindən verilməsi versiyası ilə müqayisədə zəif görünür.

İstisna deyil ki, Putin qəbul etdiyi tələblərin icrasını məqsədyönlü şəkildə gecikdirir. Moskva da beynəlxalq komissiyanın araşdırdığı qəzada atəş açıldığı faktının təsdiqlənəcəyini və Azərbaycanın tələblərindən geri çəkilməyəcəyini anlayır, lakin Bakı ilə pərdəarxası danışıqlarda bundan (Moskva üçün Cənubi Qafqazda zəifləyən mövqelərini yenidən bərpa etmək məqsədilə açılacaq kommunikasiyalardan pay almaq istəyi prioritetə çevrilib) “bazarlıq” üçün istifadə etmək istəyi də müşahidə olunur. Görünür, Putin Bastrıkini “pis polis” obrazında önə çəkməklə Bakıya mesaj ötürür, eyni zamanda, lazım olacağı təqdirdə “yaxşı polis” rolunda prosesə müdaxilə imkanlarını da saxlayır.

Tarix
2026.01.07 / 10:22
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Xələfov Pakistan XİN rəhbəri ilə görüşdü

Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi

Bayramov BƏƏ-nin XİN başçısı ilə danışdı

Prezident yeni səfirləri qəbul etdi - Foto

Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?

Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür

Azərbaycan İranı əmin etdi: Hava məkanımız...

Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat

Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan

ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla