Yuxarı

Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

Amerikalı maliyyəçi Ceffri Epşteyn ətrafında yaranmış qalmaqal fonunda onun Azərbaycana gəlməsi və guya xarici işlər naziri kimi mənimlə görüşməsi tamamilə absurddur.

Axar.az xəbər verir ki, bu sözləri Teleqraf-a sabiq xarici işlər naziri Elmar Məmmədyarov “Epşteyn işi” ilə bağlı haqqında səslənən iddialara cavab verərkən deyib.

“ABŞ-dan Azərbaycana yüksək səviyyəli məmurlar, Konqres üzvləri gəldikdə mənim vəzifəm ondan ibarət idi ki, onlarla görüşüb, ölkəmizin mövqeyini onlara çatdırım. Bu təbii bir məsələdir. Onlar xahiş edirlər, nazir kimi də mən qəbul edirdim”, - deyə sabiq nazir bildirib.

Elmar Məmmədyarov Epşteynlə görüşmədiyini, onu tanımadığını, Azərbaycana gəlməsindən xəbərsiz olduğunu söyləyib:

“Bu gün öyrəndim ki, belə bir şey olub. Jurnalistlər də soruşdu. Dedim, siz bilirsiniz ki, dəqiq odur? Guya gəlib bulvarda şəkillər paylaşıb, Bakını tərifləyib və s. Amma mənim bunlardan xəbərim olmayıb. Hətta jurnalistlərə dedim ki, bəlkə xəbəri Dövlət Sərhəd Xidmətindən dəqiqləşdirək? Doğrudan da o, bizim sərhədi keçib, ya yox? Çünki nazir kimi mən onu qəbul etməmişəm. Burada səviyyə məsələsi də var axı, Epşteyn kimdir ki, hansısa ölkənin xarici işlər naziri onu qəbul etsin?”

Tarix
2026.02.03 / 17:23
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla