Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Oktyabr 2019


“Rusiya Qarabağ ermənilərinə də pasport paylaya bilər” – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Krımdakı vəziyyətdən istifadə edib daha çox üstümüzə gələcək".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu dedi.

O, Azərbaycan Xarici İşlər Nazirliyinin Krımdakı seperatizmi pisləyən bəyanatla çıxış etməsinin vacib olduğunu bildirdi: "Azərbaycan rəsmiləri ayrı-ayrılıqda Ukrayna ilə bağlı fikirlərini vurğulayıblar. Çox yaxşı. Amma qısa zamanda bunların hamısı bir yerə cəm edilib rəsmi fikir söylənməli, tez bir zamanda Azərbaycanın Xarici İşlər Nazirliyi Krımdakı separatizmi pisləyən bəyanat yaymalıdır. Bu, çox vacibdir. Ukrayna bizim strateji müttəfiqimizdir. Bundan başqa, Ukrayna GUAM-ın üzvüdür. Buna görə nə isə etmək lazımdır".

Politoloq Krımdakı situasiyadan Rusiyanın Qarabağda da istifadə edə bilmə ehtimalının olduğunu söylədi: "Bu seperatizmin bir ucu da bizə dəyir. Bu gün Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıbsa, Krımı işğal edirsə, kim təminat verir ki, sabah bunu Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında münaqişə mövzusu olan Qarabağda etməyəcək? Bu gün Azərbaycan Ermənistan üzərində üstünlük qazanırsa, burada da eyni şeyi həyata keçirə bilər. Dağlıq Qarabağda Azərbaycanın erməni vətəndaşlarına pasport paylayıb özlərini onların müdafiəçisi adlandıra bilər. Bu dəqiqə Ermənistanda da bir məsələ ortaya atılıb ki, Rusiya İran və Türkiyəylə olduğu kimi, Azərbaycanla da sərhədə nəzarət etsin. Krımdakı hadisələrin bir ucu birbaşa Azərbaycana toxunur. Buna görə də beynəlxalq hüquq normaları çərçivəsində, ölkənin ərazi bütövlüyünün qorumnasının vacibliyini önə çəkərək, Azərbaycan Xarici İşlər Nazirliyi tezliklə bu məsələyə görə bəyanatla çıxış etməlidir".

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Krımda vəziyyət gərginləşəndən bəri Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat verməyib.

Tarix
2014.03.04 / 15:18
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezident islahatlar üçün bunu istəyir - Ekspert

Ərdoğan-Pens razılaşması işləməyəcək - İsti şərh

Minsk Qrupundan regiona səfərlə bağlı - Bəyanat

İqtidarda islahatlara mane olanlar kimlərdir? - Deputat

Prezident hansı qurumların işindən razıdır? - Siyahı

TŞ-yə sədrlik Bakıya keçdi: Prezident hədəfləri açıqladı

Prezidentdən şok xəbərdarlıq: İqtidarda olan bəziləri...

Nur-Sultan Türkiyəni gizli dəstəkləyəcək – Qazax ekspert

Prezident: Bu mübarizə bizi qane edə bilməz

Nazarbayevin ordenini hazırlayan azərbaycanlı - Video

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla