Yuxarı

MTN-in "Bank of Baku"da əməliyyat keçirməsi təsdiqləndi - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:20

"Bank of Baku"nun Müşahidə Şurasının sədri Elçin İsayev həbs olunub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, iki gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Məlumatlara görə, Elçin İsayev çirkli pulların yuyulmasında və İrandakı şərikləri ilə qanundankənar əlaqələrdə şübhəli bilinir. Ehtimal olunur ki, bu həbs Azərbaycan dövlətinin son günlər ekstrimist dindarlara qarşı həyata keçirdiyi sərt tədbirlər çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, bugünlərdə "Bank Of Baku"nun adı Türkiyədə bir müddət əvvəl həbs olunan və bu günlərdə azadlığa buraxılan Rza Zərrabla da əməkdaşlıqda hallanıb.

Əraflı məlumatı diqqətinizə çatdıracağıq.

19:52

E. İsayev bu gün mediada həbs olunması ilə bağlı xəbərlər yayılandan sonra agentliklə əlaqə saxlayıb və hazırda iş başında olduğunu deyib: "Bəzi media orqanlarında mənim həbs edilməyimlə bağlı yalan informasiyalar yayılıb. Qəti şəkildə bildirirəm ki, bu məlumatlar həqiqətə uyğun deyil, mən iş başındayam".

"Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, isə hüquq-mühafizə orqanları bu günlərdə "Bank of Baku"da əməliyyat keçirib. Lakin əməliyyat bankın rəhbərliyinin müraciəti əsasında aparılıb.

Məlumata görə, "Bank of Baku"nun rəhbərliyi bankın sisteminə kənar müdaxilənin olmasından şübhələnərək, məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması üçün ərizə ilə müraciət edib. Keçilmiş əməliyyat nəticəsində bankın sisteminə müdaxilə faktı təsdiqini tapıb. Hazırda bu istiqamətində araşdırmalar davam etdirilir.

Məlumata görə, hələlik məsuliyyətə cəlb olunan yoxdur.

"Bank of Baku" ASC də məlumatla bağlı təkzib yayıb. Bankdan APA-ya bildirilib ki, bu gün bir sıra KİV-də "Bank of Baku"-nun Müşahidə Şurasının sədrinin həbsinə dair əsassız məlumat yayılıb.

"Bununla əlaqədar "Bank of Baku" ASC bildirir ki, bankın Müşahidə Şurasının sədri Elçin İsayev heç bir dövlət orqanı tərəfindən saxlanılmayıb. Yayılan məlumat tam əsassızdır və həqiqəti əks etdirmir. "Bank of Baku"-nun Müşahidə Şurasının sədri Elçin İsayev normal bank fəaliyyətini davam etdirir.

"Bank of Baku"-nun baş ofisi və ölkə boyunca yerləşən filialları normal rejimdə işləməkdədirlər.

Bu yaxınlarda 20 illiyini qeyd edən "Bank of Baku" ASC müştəriləri məmnun edəcək yeni məhsul və xidmətlərinin təqdimatına hazırlaşır", - deyə məlumatda deyilir.

Tarix
2014.03.04 / 19:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla