Yuxarı

Gömrükdə 2 milyonluq qaçaqmal aşkarlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyata keçirilən kompleks tədbirlər nəticəsində gömrükdə 12475 hüquqpozma faktı aşkar edilib. Onlardan 347-i cinayət xarakterli faktlar, 12125-i isə gömrük qaydaları əleyhinə inzibati xəta faktarı olub.

Bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı açıqladığı hesabatda qeyd olunub.

Hesabatda bildirilir ki, cinayət xarakterli faktlar üzrə tutulmuş qaçaqmalçılıqda əşyaların və digər cinayət predmetlərinin dəyəri 2,4 milyon manat təçkil edilib. Bu əməllərin törədilməsində şübhəli bilinən 389 nəfərin (306 Azərbaycan vətəndaşı, 83 əcnəbi) barəsində müvafiq tədbirlər görülüb. 2013-cü il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 133 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə 270,8 kq narkotik vasitə və maddə qanunsuz dövriyyədən çıxarılıb. Bu faktlar üzrə ümumilikdə 152 nəfər barəsində müvafiq tədbirlər görülüb.

Gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 354 hüquqi şəxs (o cümlədən 181 xarici hüquqi şəxs) və 11771 fiziki şəxs (o cümlədən 7477 əcnəbi) inzibati məsuliyyətə cəlb edilib, həmin şəxslərə qarşı 1255,1 min manat cərimə tətbiq olunmaqla, dəyəri 199,1 min manat olan mallar müsadirə edilib.

Gömrük orqanları tərəfindən valyuta nəzarəti həyata keçirilərkən valyuta qanunvericiliyinin tələblərini pozan şəxslərdən 343380 ABŞ dolları, 59035 avro, 9 kq-dan çox qızıl, 42104 manat dəyərində qızıl əşya, gümüş, gümüş əşya və qiymətli daşlar aşkar olunaraq götürülüb. ("Modern.az")

Tarix
2014.03.04 / 20:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla