Yuxarı

XİN-dən təxliyə olunan vətəndaşlarımızla bağlı məlumat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN-dən təxliyə olunan vətəndaşlarımızla bağlı məlumat

Hərbi eskalasiya başlayan ilk gündən etibarən bölgədə yerləşən səfirliklərimiz və baş konsulluqlarımız fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir, vətəndaşlarımıza müvafiq dəstək göstərilməsi istiqamətində tədbirlər görülür.

Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Yaxın Şərq regionunda vətəndaşlarımızın təxliyəsi ilə bağlı yerli mətbuatın sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, indiyə qədər, bir nəfər istisna olmaqla, vətəndaşlarımız arasında xəsarət alan olmayıb. Vətəndaşlarımızın təxliyəsinə gəldikdə, bu gün Azərbaycan Hava Yollarına məxsus xüsusi təyyarə reysi ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərindən 193 nəfər Azərbaycan vətəndaşı, 9 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı və 5 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı ölkəmizə gətirilib.

Bununla yanaşı, ölkəmizin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən vətəndaşlarımızın müntəzəm reyslərlə ölkəmizə qayıdışı BƏƏ-nin aidiyyəti hava yolları tərəfindən həyata keçirilir. Dünən ümumilikdə 257 nəfər Azərbaycan vətəndaşı ölkəmizə geri qayıdıb. Dubay şəhərindən bu gün 1, 5 mart tarixində isə 2 müntəzəm təyyarə reysi nəzərdə tutulub.

Bununla yanaşı, hazırda Qətərdə olan 200 vətəndaşımızın ölkəmiz tərəfindən xüsusi təyyarə reysi ilə təxliyəsi istiqamətində iş aparılır. Qeyd edək ki, Qətər hava məkanı bağlı olduğu üçün vətəndaşlarımızın Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır.

Bununla yanaşı, Xarici İşlər Nazirliyinin paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq, İran ərazisində olan Azərbaycan vətəndaşlarının İrandan çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və Türkiyə quru sərhəddindən istifadə olunur. İndiyə qədər 260 vətəndaşımız Azərbaycan sərhəddindən keçid edib.

Hazırda bölgədə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur.

Tarix
2026.03.04 / 21:41
Müəllif
Axar.az
Digər xəbərlər

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla