Yuxarı

Tramp İranla məşğuldur, Rusiyaya “güzəşt” başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp İranla məşğuldur, Rusiyaya “güzəşt” başladı

Amerika Birləşmiş Ştatları İrana qarşı müharibə fonunda Hindistanın Rusiyadan neft almasına etiraz etmir. Halbuki Vaşinqton İrana qarşı müharibəyə başlamadan əvvəl Hindistanın Rusiyadan neft alışını davam etdirəcəyi halda bu ölkəyə qarşı gömrük rüsumlarını artıracağını bildirmişdi. Ancaq hazırda ABŞ Prezidenti Donald Trampı Rusiyanı sıxışdırmaq və bu ölkənin neftini alan ölkələri hədələmək deyil, İranı ram etmək düşündürür.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, ABŞ maliyyə naziri Skott Bessentin açıqlamasına görə, Hindistanın neftayırma zavodları 30 gün ərzində Rusiya neftini ala biləcəklər:

“Dənizlərdə üzən Rusiya nefti ilə dolu tankerlərə qadağa müvəqqəti ləğv edilib və Hindistanın neftayırma zavodları həmin nefti ala bilərlər. Ancaq Skott Bessent qadağanın müvəqqəti ləğv edildiyini bir daha xatırladaraq, Hindistanın gələcəkdə ABŞ neftini alacağına ümid etdiyini söyləyib. Ancaq Bessentin “müvəqqəti” adlandırdığı dövr qeyri-müəyyən müddətə uzadıla da bilər. Çünki ABŞ-İran müharibəsinin 30 günə bitəcəyini proqnozlaşdırmaq çətindir. Müharibə uzana da bilər. Bu müddətdə isə həm neftin qiyməti qalxacaq, həm də Yaxın Şərq ölkələri neftin ixracatında çətinliklərdən qurtulmayacaqlar.

Hindistan Rusiya-Ukrayna müharibəsinə qədər Rusiyadan neft almırdı. Hindistan ona lazım olan neftin əsas hissəsini Körfəz ölkələrindən alırdı. Hindistanın neft ehtiyatları 25 günə çata bilər. Bu ölkə neftə olan tələbatının təxminən 40 fazini Hörmüz boğazı vasitəsilə Yaxın Şərq ölkələrindən əldə edirdi. Rusiya Qərbin sanksiyalarına görə, satdığı neftin qiymətini ucuzlaşdırdıqdan sonra Hindistanın neftayırma zavodlarının Rusiya neftinə marağı artdı. Ancaq Hindistanın ucuz Rusiya neftini aldığına görə son bir ildə Vaşinqtonun Dehliyə təzyiqi artıb. Dehli Vaşinqtonun təzyiqləri qarşılığında Rusiya neftindən imtina etməyə hazırlaşarkən, Yaxın Şərqdə müharibə başladı. Bu da Hindistanın Yaxın Şərq ölkələrindən neftin alışını çətinləşdirdi.

Odur ki, Hindistan neftə olan tələbatının əsas hissəsini əvvəlkitək Rusiya nefti hesabına ödəmək məcburiyyətində qalıb və Vaşinqton Yaxın Şərqdə müharibə fonunda Dehliyə təzyiq etmək istəmir”.

Tarix
2026.03.07 / 19:19
Müəllif
Axar.az
Digər xəbərlər

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

Azərbaycan getdikcə bu modeli izləyir - Hacıyev

Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA

ABŞ və İran razılaşması: niyə mətnlər fərqlidir?

Fuad Oqtay İlham Əliyevi təbrik etdi

Netanyahu İlham Əliyevi təbrik etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla