Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 İyun 2018


Heydər Piriyev nədən Hərbi Məktəbə qaytarıldı - Faktlar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Ordusunun general-mayoru Heydər Piriyev peşəkar zabitdir, Bakıda yerləşən hərbi birləşmələrdən birinin qərargah rəisi olub. 2001-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) rəisi vəzifəsinə təyinat alıb, 2009-cu ildə isə çıxarılaraq, Altay Mehdiyevin yerinə Naxçıvan hərbi birləşməsinin qərargah rəisi təyin edilib; Naxçıvan hərbi birləşməsinin komandir müavini-qərargah rəisi general-mayor Altay Mehdiyev isə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qərargah rəisi (komandan əvəzi) vəzifəsinə keçirilib.

Azərbaycan sülhməramlılarının xidmət keçdiyi hərbi hissə komandanı Mirzəli Yusifov da Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin qərargah rəisi gətirilməklə, Ali Məktəbin rəis əvəzi olub.

İndi isə yenidən dəyişiklik edildi: general Heydər Piriyev əvvəlki postuna qaytarıldı, Mirzəli Yusifov isə həm əvəzedicilikdən, həm də Ali Məktəbin qərargah rəisliyindən azad edildi.

Hərbi mənbələrin bildirdiyinə görə, Naxçıvan hərbi birləşməsinin komandanı, məşhur general Kərəm Mustafayevə müavin-qərargah rəisi təyin edilən Heydər Piriyev vəzifəsinin öhdəsindən layiqincə gəlib və rəisi ilə aralarında normal münasibətlər olub. Lakin H.Piriyevin rəisinin qardaşı Nemət Mustafayevlə zaman-zaman problemlər yaşadığı, hətta bir müddət Bakıya qayıtdığı və işə çıxmadığı vaxtaşırı olaraq medianın gündəmini zəbt edib.

Maraqlıdır ki, eyni gündə Müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov da işdən çıxmaq üçün raport yazdı. Mənbənin məlumatına görə, yeni nazir, xüsusi avtoriteta malik olan və peşəkar zabit sayılan hazırkı Müdafiə naziri Zakir Həsənov yalnız peşəkar zabitlərlə işləməkdə qərarlıdır. Ç.Məmmədov isə daha çox "qərargah məmuru" kimi peşəkarlaşmış şəxsdir. Qeyd olunur ki, əslən Naxçıvandan olan və Vasif Talıbova qohumluq əlaqələri ilə bağlanan general Çingiz Məmmədovun istefası əbəs deyil: o, işsiz qalmayacaq.

Tarix
2013.11.05 / 15:54
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Hazırkı nəticələrlə partiyaların neçə millət vəkili var? - Siyahı

Səslərin 98%-i sayıldı: kim liderlik edir? - Nəticələr

İlham Əliyevdən Ərdoğana məktub

Ərdoğanın seçkidən sonra ilk çıxışı - Video

Baxçalıdan Ərdoğana telefon zəngi

Türk PA Türkiyədə seçkiləri izlədi

Baxçalı proqnozları alt-üst etdi

İlham Əliyevdən Ərdoğana təcili zəng

Qərbin Türkiyə planı: Ya Ərdoğan getməlidir, ya da...

Paşinyan İrana niyə gedir? – Tehrandan yeni xahiş...

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla