Yuxarı

“Rusiya Ermənistana əmr edib...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Rusiya Ermənistana əmr edib...”

Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistanın yalançı siyasəti və danışıqların imitasiyası prosesi davam edir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili son zamanlar Rusiya tərəfindən Dağlıq Qarabağda rus sülhməramlıların yerləşdirilməsi məsələsinin gündəmə gətirilməsini şərh edib:

"Münaqişənin həlli o zaman mümkün olacaq ki, Rusiya Ermənistana əmr edib müəyyən dəyişikliklərə nail olmaq üçün addımlar atacaq. O ki qaldı Qarabağda rus sülhməramlılarının yerləşdirilməsinə, əgər buna bir ehtiyac yaranarsa, o zaman ATƏT-in bununla bağlı hələ 90-cı illərdə qəbul etdiyi qərarı işə düşəcək. Qərara əsasən, sülhməramlı qüvvələr qonşu ölkələrin təmsilçilərindən ibarət olmamalıdır. Bununla bağlı sülhməramlı qüvvələr qismində ATƏT-ə daxil ölkələrdən müəyyən nümayəndələr dəvət oluna bilər. Düşünürəm ki, MDB ölkələrindən, məsələn, Qazaxıstan bu prosesdə iştirak edə bilər. Lakin qonşu ölkələrin bu prosesə cəlb olunması çox ciddi təhlükələr yarada bilər".

Millət vəkili bildirib ki, Qarabağ məsələsi ilə bağlı ən əsas qərar Rusiyanın Ermənistana müvafiq əmrindən ibarət olacaq:

"Məhz bu zaman Ermənistanın hansısa addımlar atması gələcəkdə sülh sazişinin imzalanmasına gətirib çıxara bilər. Söhbət Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasından gedir. Yalnız bundan sonra çox ciddi danışıqlar prosesi başlaya bilər".

Tarix
2016.09.01 / 08:15
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla