Yuxarı

Nazirlər Kabinetinin rolu dəyişir – İslahatlar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vitse-prezidentlik institutunun formalaşdırılmasını post-neft dövrünün tələbi kimi qiymətləndirmək lazımdır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspertin sözlərinə görə, Konstitusiya Aktı layihəsində bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanın siyasi idarəçilik sistemində də ilk dəfə olaraq vitse-prezidentlik institutunun yaradılması nəzərdə tutulub:

"Yeni formalaşdırılacaq vitse-prezidentlik institutu idarəetmə sisteminin institutsional təkmilləşməsi, onların səlahiyyətlərinin optimallaşdırılması və dəqiqləşdirilməsinə şərait yaratmaqla iqtisadi islahatların daha yaxşı koordinasiyası və miqyasının genişləndirilməsi baxımdan təqdirəlayiqdir. Bu, islahatların aparılmasına daha fərqli yanaşmanın reallaşması deməkdir. Eyni zamanda, yeniləşən idarəetmə sistemi iqtisadi proqramların icrasında çevikliyi də artıracaq. Vitse-prezidentlik institutunun formalaşdırılması islahatların çevik idarəedilməsi və əlaqələndirilməsi baxımdan vacibdir".

V.Bayramovun fikrincə, Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçi postunun yaradılmasından sonra islahatların, xüsusən də struktur dəyişikliklərinin genişləndirilməsi ondan xəbər verir ki, idarəetmə strukturunun yeniləşməsi islahatların sürətlənməsinə müsbət təsir göstərir:

"Nəticədə yeni dəyişikliklər Nazirlər Kabinetinin fəaliyyətinə yeni baxışın orta qoyulması və bu fəaliyyətin təkmilləşdirilməsinə baza yarada bilər. Güman olunur ki, dəyişikliklər Nazirlər Kabinetinin idarəetmədəki ənənəvi rolunun da dəyişidirilməsinə səbəb olacaq. Nəticədə islahatların birbaşa idarə edilməsi mexanizmi yeniləşəcək. Bu baxımdan vitse-prezidentlik institutunun formalaşdırılmasını post-neft dövrünün tələbi kimi də qiymətləndirmək lazımdır".

Tarix
2016.09.01 / 09:48
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla