Yuxarı

Elmar Məmmədyarov Çexiya səfirini qəbul edib - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elmar Məmmədyarov Çexiya səfirini qəbul edib - Foto

Xarici işlər naziri Elmar Məmmədyarov Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Vitezslav Pivonkanı qəbul edib.

Nazirliyin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, E.Məmmədyarov V.Pivonkanı ölkəmizdə səfir təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Görüş əsnasında Azərbaycan ilə Çexiya arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunaraq, iqtisadi və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda parlamentlərarası əlaqələrin iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynadığı qeyd edilib.

Səfir fəaliyyəti dövründə Azərbaycan ilə Çexiya arasında münasibətlərin hərtərəfli inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

V.Pivonka etimadnaməsinin surətini nazirə təqdim edib.

Tarix
2014.03.05 / 19:44
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla