Yuxarı

Xaricə döyüşməyə gedənlər üçün cəza sərtləşir - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xaricə döyüşməyə gedənlər üçün cəza sərtləşir - Video

Milli Məclisin Cinayət Məcəlləsinə etdiyi dəyişikliklər vuruşmaq üçün Suriyanı seçən azərbaycanlıların özlərini seçim qarşısında qoyacaq. Belə ki, Azərbaycandan kənarda silahlı münaqişələrdə iştiraka görə cəzalar sərtləşdirilir. Cinayət məcəlləsinin 114-cü maddəsinə edilən dəyişikliklər və daha bir əlavə maddənin məcəlləyə daxil edilməsi hələlik Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılıb. Layihənin plenar iclasda müzakirəsi isə yaxın vaxtlarda gözlənilir. Bəs dəyişikliklər özündə nəyi ehtiva edir?

Millət vəkili Çingiz Qənizadə deyir ki, Cinayət Məcəlləsinin 114-cü maddəsinə edilən dəyişikliyə əsasən muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə, habelə onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadəyə görə də cəzalar artırılıb 8 ildən 12 ilədək olacaq. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya yetkinlik yaşına çatmayan barəsində törədildikdə cəza 9 ildən 15 ilədək nəzərdə tutulur.

Xatırladım ki, bu gün Suriyada döyüşən azərbaycanlıların sayı ilə bağlı rəsmi statistika yoxdur. Amma nəzərə alsaq ki, Suriyada öldürülən azərbaycanlıların sayının 100-dən artıq olması ilə bağlı məlumatlar var, onda ümumi mənzərə aydındır. Aydın olmayan isə cinayət məcəlləsinə edilən bu dəyişiklikdən sonra adamların yenə də bu riskə gedib-getməyəcəkləridir. Hər halda, Azərbaycandan kənarda döyüşən muzdlularla bağlı ölkədə son illərdə kiminsə cəzalandırılması təcrübəsini inanmıram ki, kimsə xatırlasın. Amma bu o demək deyil k, belə bir təcrübə yoxdur. Məsələn, bu xüsusda ən səs-küylü məhkəmə prosesi 2001-ci ildə olub. Kənan Şabanov və dəstəsi Rusiyaya qarşı vuruşan çeçen mücahidlərinə kömək etməkdə günahlandırılmışdılar və 14 nəfərdən ibarət bu dəstənin üzvləri törətdikləri cinayətə uyğun olaraq müxtəlif maddələrlə dəmir barmaqlıqlar arasına göndərildi. Zənnimcə, bu, döyüşmək üçün Suriyanı-filanı seçənlərə həm də bir dərs olmalıdır. (ANS)

Tarix
2014.03.05 / 20:57
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev bu qurumların rəhbərlərini qəbul etdi

Bu ölkədə "ASAN xidmət" modelinin tətbiqinə dəstək veriləcək

Erməni separatçılarının Bakıda məhkəməsi keçirildi

Azərbaycan axtarışda olan iki nəfəri bu ölkəyə təhvil verdi

Baş nazir bu əsasnaməni təsdiq etdi

Əli Əsədov iclas keçirdi

Ermənistana propan və gübrə göndərildi

İlham Əliyevə bu məlumatı verdim - Bayraqdar

Kreml Türkiyəni bu cür hədələdi – Nə baş verir?

ABŞ İranda elə yerlərə zərbə endirdi ki...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla