Yuxarı

Polis deputat oğlunun atışmasını niyə araşdırmayıb? - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat Ayaz Orucovun oğlunun "Mersedes Galenvagen" markalı, AZ 10 BB 111 nömrə nişanlı şəxsi maşınından "Nissan Juke" markalı, AZ 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açması hadisəsindən zərərçəkən tərəfin şikayət etdiyi polis bölmələrinin xəbəri yoxdur.

"Axar.az" xəbər verir ki, bu haqda polis bölmələrinin növbətçi hissələrindən bildirdilər. Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsindən sahə rəisi Əzənqulu Ağayev bu haqda məlumatının olmadığını söylədi.

Polis bölməsinin növbətçi hissəsindən isə əvvəlcə bu haqda bölməyə şikayət daxil olmadığını desələr də, əlavə sualları dinləmədən dərhal telefonu bağladılar.

Zərərçəkən tərəfin müraciət etdiyi digər - Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin növbətçi hissəsindən də bu haqda məlumatsız olduqlarını dedilər.

DİN Mətbuat Xidmətinin əməkdaşı Orxan Mansurzadə məsələ ilə əlaqədar Baş prokurorluğa müraciət etməyimizi bildirdi. O. Mansurzadə şikayət barədə nazirliyə konkret olaraq məlumat daxil olub-olmaması haqda açıqlama vermədi:

"Gün ərzində DİN-ə yüzlərlə məlumat daxil olur. Şikayət edən və qarşı tərəf də bu barədə açıqlama verib. Əgər zərərçəkən Baş Prokurorluğa müraciət edibsə, onların özü ilə əlaqə saxlayın".

Qeyd edək ki, ötən il noyabrın 13-dən 14-nə keçən gecə deputat Ayaz Orucovun oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, "Mersedes Galenvagen" markalı, AZ 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli, "Nissan Juke" markalı, AZ 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açması ilə bağlı qarşı tərəf iddia qaldırıb. "Nissan Juke"də iki qadın - sürücü Ramilə Süleymanova və onun sərnişini Aynurə Novruz qızı Cəfərova olub. A.Cəfərova hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci və Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının cinayət yerinə gəldikləri, amma sonradan pul müqabilində istintaq aparmadıqları barədə mətbuata açıqlama verib.

Tarix
2014.03.06 / 11:04
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla