Yuxarı

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti illik hesabatını parlamentə təqdim edib. Hesabatda xüsusilə Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığa xüsusi yer ayrılıb.

Axar.az Report-a istinadən xəbər verir ki, 62 səhifəlik sənəd ilkin olaraq komitə iclaslarında, daha sonra isə plenar iclasda müzakirəyə çıxarılacaq.

Sənəddə qeyd olunur ki, Gürcüstan təhlükəsizlik qurumu beynəlxalq tərəfdaşlarla yanaşı, Azərbaycan və digər region ölkələri ilə informasiya mübadiləsini və koordinasiyanı davam etdirir.

Sənədə əsasən, 2025-ci il ərzində təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsində Bakı şəhərində keçirilən Bakı Təhlükəsizlik Forumu mühüm platformalardan biri olub. Forum çərçivəsində bir sıra ölkələrin xüsusi xidmət orqanları arasında görüşlər və təhlükəsizlik müzakirələri aparılıb.

Hesabatda bildirilir ki, Bakıda keçirilən beynəlxalq tədbirlər və işçi görüşlər regional təhlükəsizlik risklərinin qiymətləndirilməsi, terrorizmə qarşı mübarizə və hibrid təhlükələrə qarşı əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli rol oynayıb.

Eyni zamanda, sənəddə qeyd olunur ki, Gürcüstan və Azərbaycan arasında təhlükəsizlik, sərhəd idarəçiliyi və hüquq-mühafizə sahələrində əməkdaşlıq müxtəlif formatlarda davam etdirilir.

Gürcüstan DTX vurğulayır ki, regional əməkdaşlıq, xüsusilə Bakı-Tiflis xətti üzrə əlaqələndirilmiş fəaliyyət Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir.

Tarix
2026.04.21 / 00:47
Müəllif
Axar.az
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla