Yuxarı

Lökbatandakı zəhərlənmə ilə bağlı rəsmi açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş vermiş təbii qazdan kütləvi zəhərlənmə hadisəsi ilə bağlı açıqlama verib.

"Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli açıqlamasında deyib ki, hadisə nəticəsində təbii qazdan 115 nəfər zəhərlənib.

Onun sözlərinə görə, zəhərlənənlərdən 70-nə hadisə yerində ilkin tibbi yardım göstərilib və onlar evə buraxılıblar. Zəhərlənən digər 45 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə çatdırılıb və onlardan 43-ü hospitalizasiya olunub: "Həmin xəstələrin həyatı üçün heç bir təhlükə olmadığından onlara tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb. Hazırda heç bir xəstəxanada zəhərlənən insan yoxdur, onların vəziyyəti yaxşı olduğundan evə yazılıblar".

Hadisə yerində 45 yaşlı Natalya Məmmədovanın ölməsinə gəlincə A. Qədirli qeyd edib ki, onun təbii qazdan zəhərlənmə nəticəsində öldüyü ehtimal olunmur. Hazırda məsələ ilə bağlı ekspertiza və cinayət işi açılıb. Bütün səbəblər onların nəticələrindən sonra məlum olacaq.

Qeyd edək ki, dünən axşam saatlarında Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində kütləvi zəhərlənmə baş verib. Qəsəbənin Vilayət Əsgərov küçəsində beşmərtəbəli 4 yaşayış binasında qazdan kütləvi zəhərlənmə olub.

Tarix
2014.03.06 / 11:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla