Yuxarı

Niyə yalnız 4 binada zəhərlənmə olub? – Mütəxəssis

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətlərdə qaz sızmasını təsbit etmək üçün odorant vururlar.

Bunu "Axar.az"a açıqlamasında Lökbatanda maye qaza həddən artıq odorant maye vurulması səbəbindən kütləvi zəhərlənmə hadisəsinin baş verməsinə münasibət bildirən Azəriqaz ASC-nin mütəxəsisi bildirdi. Mütəxəssisn dediyinə görə, bəzən odorantı qaza çox qatırlar və bundan da zəhərlənmə baş verir. Amma mütəxəsis məhz 4 binada zəhərlənmə olub, digərlərində olmamasının anlaşılmadığını bildirdi:

"Onu aydınlaşdırmağa gərək var ki, bu 4 binaya ayrıca xətmi gəlir? Azəriqaz ASC-də belə bir praktika yoxdur, yəni rayona 3, uzağı 4 xətt gələ bilər ki, bu da 4 binanı əhatə etmir, daha böyük ərazini əhatə edir. Buna görə də Lökbatanda məhz 4 binaya zəhərli qaz gəlməsi məsələsi aydınlaşdırılmalıdır. Ola bilsin ki, bu, yeni xətdir və hələlik, cəmi 4 binaya birləşib".

Odorant qoxusu açıq havada da adama təsir edir

Mütəxəsisin sözlərinə görə, odorant hətta açıq havada da adama ciddi təsir edir:

"Məsələ burasındadır ki, ildə bir dəfə qaz tənzimləyiciyə odorant vururlar. Səbəb də odur ki, xətlərdə qaz sızmasının olub-olmamasını yoxlasınlar. Odorant qoxusu elədir ki, açıq havada adamın başını ağrıdır. Məhz buna görə də ondan qaz sızmasını müəyyənləşdirmək üçün istifadə edirlər. Qapalı məkanda isə onun təsiri daha dəhşətli olur".

Mütəxəsisin sözlərinə görə, hər bir xəttin ayrıca tənzimləyiciləri var və səbəbkarı müəyyənləşdirmək çox asandır: "Həmin xəttə kim nəzarət edib və hansı məsuliyyətsizlikdən, ya savadsızlıqdan yaranıb? Bunu aydınlaşdırmaq çox asandır. Əminəm ki, artıq həmin şəxslər müəyyənləşiblər".

Tarix
2014.03.06 / 12:56
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla