Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 İyun 2018


Alqış Həsənoğlundan Elnur Aslanova mesaj

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nurçuluq təriqəti ilə bağlı mənim bilgilərim olduqca məhduddur. Azərbaycandakı nurçular haqqında isə ümumiyyətlə heç bir məlumatım yoxdur. Bu mövzuda yalnız mətbuatdan oxuyuram".

"Axar.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri sabiq millət vəkili, junalist Alqış Həsənoğlu deyib.

Sabiq millət vəkili bildirib ki, mediyada Rəbiyyət Aslanovun fikirləri ilə tanış olduğunu bildirib: "O çox dəyərli, aktual fikirlər söyləyib. Demək olar ki, Rəbiyyət xanım neçə gündür ki, gündəmdən düşməyən bu məsələnin və ya söz-söhbətin haradan və niyə qaynaqlamasına 80-90 faiz aydınlıq gətirə bilib. Millət vəkilimiz deyir ki, mənim oğlum (Elnur Aslanovu nəzərdə tutur) çox güclü siyasətçidir. Mən belə düşünürəm ki, elə problemin kökünü də məhz bu məqamda axtarmalıyıq. Kimsə güclü siyasətçi ola bilər. Heç kimin istedadına, qabiliyyətinə qadağa qoymaq olmaz. Bu normal bir haldır. Ancaq nəzərə almaq lazımdır ki, Prezident Administrasiyası prezidentin siyasətini və tapşırıqlarını həyata kecirən icraçı bir orqandır. İcraçı orqana güclü siyasətçi - şöbə müdirləri yox, hər şeydən öncə prezidentə sədaqəti, daxili rəğbəti olan çevik, peşəkar məmurlar lazımdır. Biz zaman- zaman belə anormal tendesiyaların şahidi olmuşuq. Çox təəssüf, bəzən hansısa məmur fəaliyyətinin müəyyən bir mərhələsində özünü siyasətçi kimi hiss etməyə başlayır. Əldə etdiklərini nəzarətində olan idarəçilik strukturunun yox, öz fitri keyfiyyətlərinin bəhrəsi hesab edir. Bu artıq iddiadır, ambisiyadır. Bu həm də mövcud idarəçilikdəki müəyyən boşluqların olmasından xəbər verir ki, bu da cox təhlükəli xarakter ala bilər. Mən hesab edirəm ki, bu cür halların qarşısı dərhal alınmalıdır".

Tarix
2014.03.06 / 14:04
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Paşinyan Bakını müharibəyə sürükləyir – Zülfüqarov

Paşinyanın cəbhəyə gəlmə səbəbi: Bakı zərbəyə hazırlaşır?

Paşinyanın Qarabağda nə iti azıb? – Ekspert

Tarlada növbəti kütləvi zəhərlənmə: nə baş verir?

Nikol Sərkisyanla ittifaq qurdu: İrəvan hərb yolunu seçir – Şərh

Bələdiyyə torpaqlarının alğı-satqı proseduru ilə bağlı - Tələblər

Sabahın hava proqnozu: Leysan və dolu...

Erməni "qırıcı"larının uçuşlara başlamasına - Bakıdan cavab

Millət vəkili Ramazanda kəndləri gəzdi - Foto

Yüksək vəzifəli azərbaycanlı primitiv səbəbin güdazına getdi

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla