Yuxarı

Trampa qarşı edilən hücum oyun idi? - Ağar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampa qarşı edilən hücum oyun idi? - Ağar

Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin şam yeməyində baş verən insidentə soyuqqanlı yanaşmaq lazımdır. Çünki ölkə liderinin hədəf alındığı hücumda ölüm riski var. Yəni siyasi taktika və məqsədlər uğrunda hücumun qəsdən təşkil edildiyini düşünmək yanıldıcı ola bilər. Ancaq baş vermiş insident fürsət kimi dəyərləndirilə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağar sözügedən insidentin Tramp administrasiyasının ssenarisi olduğu haqda iddiaları şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, bu kimi hadisələrin ABŞ-da baş verməsi mümkündür:

“ABŞ dünyanın ən güclü açıq və gizli təhlükəsizlik qüvvələrinə sahib olsa belə, tam təhlükəsiz mühit yaratmaq mümkün deyil.

Con Kennedi, Ronald Reyqan kimi liderlər bu kimi hücumlara məruz qalıb. Bundan sonra da belə hadisələrin baş vermə ehtimalı mümkündür. Burada əsas məsələ odur ki, ətrafı tam izoliyasiya edə bilmirlər. Çünki siyasi liderlər sivil insanlarla təmasda olmalıdır. İctimaiyyətlə təmasda olduğu anda da təhlükəsizliklə bağlı boşluqlar yarana və bu boşluqlardan kimsə istifadə edə bilər.

Bu halda da deyə bilərəm ki, bəli, təməldə hücum cəhdi var, ancaq təhlükəsizlik qüvvələri bu cəhdin qarşısını aldı. Yəni bu, təsirsiz hala gətirilmiş hücum cəhdidir. Bu isə təhlükəsizlik qüvvələrinin öz işini layiqli yerinə yetirməsindən qaynaqlanır”.

Abdullah Ağar vurğulayıb ki, Trampın ətrafında genişmiqyaslı təhlükəsizlik tədbirləri görmək də asan deyil:

“Digər tərəfdən, hücumun təhlükəsizliyin zəif olduğu nöqtədən həyata keçirildiyi aydın görünür.

Düşünürəm ki, bu hücumdan sonra təhlükəsizlik qüvvələri öz aralarında tədbirlər görüb, boşluğun harada olduğunu aydınlaşdıracaqlar. Boşluq aradan qaldırılacaq. Ancaq boşluğun fürsət kimi dəyərləndirilməsi təkcə silahlı insident demək deyil. Yəni orada iştirak edən müxbirlər də asanlıqla Trampa istənilən hücum - çürük yumurta, stəkan, çəngəl-qaşıq ata bilərdi. Bütün bunlar sivil insanların olduğu bir mühitdə baş verə biləcək hadisədir. Sadəcə həmin mühitdəki insanların məlumatları nəzərdən keçirilir və ona uyğun əraziyə daxil edilir, təhlükəsizlik qüvvələri isə mühitə nəzarət etməyə çalışır.

Qısaca, hadisə nəzarətin az olduğu bölgədə baş verib və hücumçu dərhal yaxalanıb. Bu halda hücumun qurama olduğunu demək düzgün deyil. Ancaq Yaxın Şərqdəki müharibə səbəbindən reytinqi düşən Tramp bunu fürsətə çevirə bilər”.

Tarix
2026.04.28 / 13:12
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla